GRBS

Peşə Xəstəliklərinin Profilaktikası



Fəhlə və qulluqçular sənaye müəssisələrində işlədikləri vaxt zərərli peşə faktorları ilə təmasda olduqlarından onlar arasında peşə xəstəlikləri və peşə zəhərlənmələrinin   yaranma etimalı böyükdür. Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə peşə xəstəlikləri və peşə zəhərlənmələrinin qarşısını almaq və sağlam iş şəraiti yaratmaq müəssisə rəhbərlərinə həvalə olunmuşdur. Peşə xəstəliklərinin və peşə zəhərlənmələrinin  yaranma səbəbləri onların azaldılması və profilaktikası biliklərinə Siz GRBS® tərəfindən təşkil olunan tədrislərində öyrənə bilərsiniz. Bizim təşkil etdiyimiz tədrisdə Siz bu bilikləri mənimsəməklə peşə xəstəliklərinin və peşə zəhərlənmələrinin yaranma səbəblərinə, onların azaldılmasına və profilaktikasına, müəssisələrdə sağlam iş şəraitinin yaradılmasına və müəssisəyə dəyən maddi ziyanın necə azaldılmasına dair biliklərə sahib ola biləcəksiniz.
Təlimdən əldə edəcəksiniz:
  • Zərərli peşə faktorları və onlardan qorunma qaydaları. Zərərli peşə faktorlarının yol verilən hədd normaları və konsentrasiyaları.
  • Zərərli peşə faktorları ilə təmas zamanı yaranan əsas peşə xəstəlikləri və peşə zəhərlənmələri ilə tanışlıq.
  • Peşə xəstəliklərinin aşkar olunması, təyini və qeydə alınması qaydaları.
  • Müvəqqəti xəstələnmələrin qeydiyyat formasına əsasən qeydə alınan bəzi ümumi xəstəliklərin gələcəkdə peşə xəstəliyinə keçə bilmə ehtimalının təyin edilməsi üsulları.
  • Ümumi xəstəliklərin müəssisəyə vurduğu zərərin hesablanması və onun azaldılması  üsulları.
Təlimin proqramı:
  • Səhiyyə Nazirliyinin 1303 saylı əmri. Peşə xəstəliklərin aşkar olunması, təyini və qeydə alınması qaydaları
  • Fiziki faktorlar
  • Kimyəvi faktorlar
  • Bioloji faktorlar
  • Psixofizioloji faktorlar
  • Zəhərli və təhlükəli peşə faktorlarından kollektiv qorunma vasitələri
  • Zəhərli və təhlükəli peşə faktorlarından fərdi qorunma vasitələri
  • Peşə zəhərlənmələrindən ümumi qorunma qaydaları
  • Peşə zəhərlənmələrinin profilaktikası
  • Peşə xəstəliklərinin diaqnostikası
  • Səhiyyə Nazirliyinin 13 saylı əmri. Dövri tibbi müayinələrin təşkil edilməsi
Təlimdə iştirak haqqı:
220 AZN (ƏDV xaric)
limin müddəti:
8 saat
Dil:
Azərbaycan, Rus və ya İngilis

44 Jafar Jabbarli Street • Caspian Plaza, 7th floor • Baku AZ1065, Azerbaijan

T/F: (99412) 437-10-51 • 437-10-61 • M: (99477) 277-43-00 • E: education@grbs.com

© 2014 GRBS GROUP OF COMPANIES LLC

Join us on:

Follow us on: