STRESSİN İDARƏ EDİLMƏSİ VƏ ANTİSTRESS PROQRAMI TÜRKİYƏ, 8-15 AVQUST, 2013
Müasir zəmanədə işçi qüvvəsi yoluxucu tərzdə iş yorğunluğu və stress yaşayır. Müxtəlif səviyyələrdə çalışan işçilər stress, təhlükə və onlara qiymətin verilmədiyini hiss edirlər. Bir çoxları artıq görür ki, onlar iş öhdəlikləri və evin tələbatlarına cavab verə bilmirlər. Bu təlim bu cür stressləri araşdırır və insanların gündəlik istifadəsi üçün yararlı olan ümumi və spesifik stressin idarə olunması strategiyalarından bəhs edir.
Davamını oxuAÇIQ təlim: Peşəkar Menecer – 3 gün ərzində intensiv proqram ilə peşəkarlaşın
Bir çox yeni çətinliklərlə və öhdəliklərlə qarşılaşan yeni menecerlər hər zaman olduğundan daha çox təlimə ehtiyac duyurlar. Sınamaq və səhv etmək əsasında öyrənmə ruhdan düşməyə səbəb ola bilər. Bu təlim iştirakçılara menecerin qarşılaşa biləcəyi bir çox problemlərin öhdəsindən gəlməyi öyrədəcəkdir.
Davamını oxuVIP müştərilərin təlimatlandırılması 2012-ci ildə də uğurla davam etdirilir
Artıq 3 ildir GRBS®-in keçirdiyi VIP layihəsi çərçivəsində bu günlərdə daha 2 mövzuda gənclər təlimatlandırılmışdır. Hədəf qrupu internat məktəblərinin məzunları, uşaq evlərini tərk etmiş 16-25 yaşlı gənclər olan layihə çərçivəsində keçirilən 2 təlimin təşkilində layihənin əsas tərəfdaşlarından biri SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası yaxından iştirak etmişdir.
Davamını oxuPeşə təhsilində təcrübə mübadiləsi ilə bağlı ölkəmizdə səfərdə olan xarici qonaqlarla GRBS®-də görüş keçirildi
15 mart 2012-ci il tarixində Avropa Təlim Fondunun dəstəyi ilə həyata keçirilən “Bacarıqlar və rəqabət qabiliyyətliliyi: Davamlı peşə təhsilinə nədən investiya edilməlidir?” layihəsi çərçivəsində 15-16 mart 2012-ci il tarixilərində bilik mübadiləsi ilə bağlı Bakıda olan Rusiya, Belarus peşə təhsili ilə bağlı dövlət, eyni zamanda peşə məktəbləri və təlim mərkəzlərinin nümayəndələri GRBS®-də qonaq olmuşlar. Yerli tərəfdaşları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi olan səfərin əsas məqsədi ölkəmizdə peşə təhsili ilə bağlı mövcud təcrübəni xarici qonaqlarla paylaşmaq olmuşdur. Özəl tədris mərkəzi olaraq GRBS®-in son illər Azərbaycanda peşə hazırlığına, ixtisas artırmaya verdiyi töhfələri, həmçinin peşə təhsili ilə bağlı gələcək planlarını nəzərə alaraq, məhz Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə olan qonaqlar bu sahədə özəl tədris mərkəzləri arasında ən gözəl nümunə kimi GRBS®-i ziyarət etdilər.
Davamını oxu
























