PMigloo®

Practical project management & team working workshop

 

     Layihənin idarə olunması və komanda işi üzrə müxtəlif təlimlər arasında son bir neçə il ərzində insanların onları sadə və praktik şəkildə öyrənə biləcəkləri seminarların olmamasına görə daima narahatlıq mövcud idi.
 
     PMigloo dinamik, maraqlı və praktik öyrənmə üsuludur, burada iştirakçılar uydurma maraqlı tərəflərin təklif etdiyi əsas tələblərə uyğun olaraq komandalara bölünür və çətin rəqabət şəraitində vaxt, miqyas, xərc, keyfiyyət, risk və s. kimi müxtəlif məhdudiyyətlər altında yüksək səmərəliliyi nümayiş etdirməlidirlər.
 
     Layihənin əsas nəticəsi “iqlu” adlandırılan, kağız vərəqələrindən inşa olunan, müxtəlif qruplar tərəfindən rəqabət mühitində real vaxt rejimində və  təxminən real ölçülərdə müştəri məmnuniyyətinə nail olmaq üçün planlaşdırılan, icra olunan və nəzarət olunan fiziki strukturdu.
 
Kurs haqqında məlumat:
 
  • Dil: ingilis
  • Ümumi müddəti: 12 saat (1.5 gün)
  • İştirakçıların sayı: seminardakı tələbələrin minimal sayı 40-dır (8-ə tam bölünən ədəd)
 
Tələblər: Yoxdur. Heç bir xüsusi biliklər tələb olunmur.  

 

 

Kim iştirak edə bilər?

     

     Kursun heç bir ilkin şərti yoxdur; belə ki, təşkilatın hər-hansı səviyyəsindən istənilən insan bu prosesdə iştirak edə bilər: layihə menecerləri, layihə komandasının üzvləri, sponsorlar, ekspertlər və funksional şöbələrin (maliyyə, inzibati, təhsil, hüquqi, müqavilə, əmək və s.) və əməliyyat bölmələrinin rəhbərləri (mühəndislik, təchizat, tikinti və istismar, ...) və layihənin idarə edilməsində maraqlı olan insanlar.

 

Siz nəyi öyrənəcəksiz ?


 

  • Müvafiq nəticələri planlaşdırmaq və həyata keçirmək,
  • Layihəni daha yaxşı idarə olunan və nəzarət olunan hissələrə parçalamaq,
  • Layihə planlaşdırılmasında problemləri müəyyən etmək və nəzərə almaq (real planlaşdırma),
  • Layihənin uğurunu təmin etmək üçün sürətli və effektiv qərarları qəbul etmək,
  • Layihənin əsas məhsulunu əldə etmək üçün uyğun şəkildə işləmək,
  • Risk və böhranı idarə etmək,
  • Layihənin risklərini aşkar etmək, təhlil etmək və səmərəli cavab vermək,
  • Praktik və səmərəli şəkildə sponsor və maraqlı tərəflər üçün layihənin gedişatı haqqında hesabat hazırlamaq,
  • Layihəyə effektiv və davamlı nəzarət etmək və idarə etmək,
  • Keyfiyyətə və əsas maraqlı tərəflərin hesabatlılığına nəzarət etmək,
  • Layihələrin idarəetmə proseslərini (47 proses) tanımaq. 

 

Kursun məzmunu:


  • Seminarın açılışı
  • PMigloo seminarına giriş və qaydalar
  • Igloo həndəsəsi və PMigloo layihəsi
  • Komanda inkişafı və PM-nın müəyyən edilməsi
  • Işin təşkili və toplanma təlimatı
  • İşlərin bölüşdürülməsi strukturu (WBC) və resursların paylanması
  • Cədvəlin hazırlanması
  • Layihə büdcəsinin hazırlanması
  • Layihə risklərinin idarəedilməsi
  • Satınalmalar
  • PMigloo layihəsinin icrası
  • PMigloo layihəsinin yekunlaşdırılması
  • Yekun mülahizələr və son 

 

Broşüru
yüklə

upload

Son xəbərlər

11.03.2016

Layihələrin idarəetməsinə maraq artır

Son on il ərzində, Layihə İdarəetməsi İnstitutu (Project Management Institute, ABŞ) üzvlərinin sayını 25.000-dən 250.000-dək artırdı. Bu cür on qat artım 1969-cu ildə yarandığı andan etibarən əvvəlki artım ilə müqayisədə təşkilatın kəskin genişlənməsi deməkdir, həm də layihələrin idarəetməsinə artan marağı göstərir.

More information...

Project Management Institute® (Layihələrin İdarə olunması İnstitutu)

İlk növbədə biz fəxrlə bəyan edirik ki, GRBS® Akkreditasiya edilmiş PMI® Tədris Mərkəzidir və  Qeydiyyatdan Keçmiş PMI® “Education Provider” statusuna Azərbaycanda malik olan yeganə şirkətdir! PMI® bütün təhsil və bacarıq səviyyələrində olan layihə praktikləri üçün hərtərəfli sertifikatlaşdırma proqramını təklif edir. Hal-hazırda altı e

More information...

accreditation

28 M/St, Baku Central Hub Pushkin Street, Demir Yol Plaza, 15,16th floors Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: