Xaricdən olan müştərilər üçün


Qarşılamaq Və Müşayiət Etmək

GRBS® şirkəti, səriştəli işçiləri tərəfindən Müştərinin qarşılanması və otelə qədər müşayiət edilməsini təşkil edir. Bu xidmətə Müştərinin hava limanında (dəmir yolu vağzalında və ya dəniz limanı terminalında) qarşılanması, otelə qədər, həmçinin oteldən təlim keçirildiyi məkana qədər müşayiət edilməsi daxildir.  Xidmət xaricdən gələn Müştərilərimiz üçün tamamilə pulsuzdur.

Oteldə yerləşdirilmə

Bizim xaricdən və Azərbaycan Respublikası regionlarından gələn müştərilərimizin rahatlığı üçün biz öz üç ulduzlu Noah's Ark otelimizi təklif edirik. Bizim təlimlər/kurslar/tədbirlərimizdə və s. iştirak edən qonaqlarımıza ekskluziv "Bilik Zəvvarı" (daha ətraflı) endirimi tətbiq edirik. Bu qiymətə qəlyanaltı və digər xidmətlər daxildir. Daha ətraflı məlumat üçün bu sayta keçin: www.noahsark-hotel.com

Mədəni-əyləncəli Proqram

Bildiyimiz kimi, yad şəhərdə olmaq, bu şəhərin görməli yerləri və mədəniyyəti ilə tanışlıq baxımından  böyük maraq kəsb edir.  Bunula əlaqədar, GRBS® əlavə olaraq 1 nəfərdən 10 nəfərədək həm klassik həmdə fərdi ekskursiyalar təşkil edir.

 

 

Klassik ekskursiyalar

Klassik ekskursiyalara Bakı şəhəri və şəhərətrafı tanınmış yerlərin ziyarət edilməsi daxildir:

  • Qız qalası
  • Şirvanşahlar Sarayı
  • Muhamməd ibn Abu-Bəkr Məscidi
  • Fəvvarələr Meydanı
  • Dağüstü Park
  • Bulvar
  • Bayıl Qəsri
  • Yanar Dağ
  • Atəşgah
  • Qobustan

Diqqətinizə çatdırmaq istəyirik ki, proqram Müştərinin istək və məqsədləri əsasında hazırlanır.

 

 

Fərdi ekskursiyalar

Fərdi ekskursiyalara dair proqram, klassikdən fərqli olaraq, xüsusi görməli yerlər toplusundan ibarət deyil.  Fərdi proqram Müştərinin istəyi əsasında tərtib edilir. Arzunuzdan asılı olaraq siz İçərişəhərin qədim küçələrində gəzə bilər, funikulyorda gəzintiyə çıxarkən Bakı şəhərini seyr edə bilər və ya Bakı Metrostansiyalarına tamaşa edə bilərsiniz.

 

 

Axşam istirahəti

Diqqətəlayiq yerləri zövqlə tamaşa etdikdən sonra qonaqlarımız üçün axşam istirahətini təşkil edirik: teatr, restoran, fitnes-klub, akvapark, əyləncə mərkəzləri.

 

Klassik Ekskursiyaların Qiyməti:

Qrupda iştirakçı sayı

1-2

3-5

6-10

1 saat, Avro məbləğində, bir nəfər üçün

15

10

5

Müştəri üçün nəzərdə tutulan Fərdi ekskursiyanın və ya axşam istirahətinin qiyməti  1 saat, Avro məbləğində, bir nəfər üçün hesablnaraq təlimdən qabaq razılaşdırılır.

 
 

GRBS

Learning English - Thank You

NEWSLETTER SUBSCRIPTION

NAME
SURNAME
AGE
E-MAIL

GRBS® Dil proqramları istiqamətində yeni 273 dərəcəli kampaniya

02.09.2011
Daha ətraflı...

44 Jafar Jabbarli Street • Caspian Plaza, 7th floor • Baku AZ1065, Azerbaijan

T/F: (99412) 437-10-51 • 437-32-61 • 437-10-61 • E: grbs@grbs.com

© 2004 - 2012 GRBS®

Join us on:

Follow us on: