Daimə verilən suallar
|
- GRBS® xaricdə təhsil almaq üzrə xidmət göstərirmi? |
|
Bəli, ətraflı məlumat almaq üçün bu linkə daxil olun www.idp.az |
|
|
|
- GRBS®- də imtahanlara hazırlıq kursları hansı dildə keçirilir? |
|
Yalnız ingilis dilində, lakin keçirilən fənnin qavranılmasında çətinliklər yarandıqda, hörmətli Müştərinin öz ana dilindən də istifadə olunur. |
|
|
|
- Sizin təlimçilər dərsləri müştərinin ofis və ya evində keçirə bilirlərmi? |
|
Xeyr! Bütün məşğələlər yalnız GRBS®-də keçirilir. Eyni zamanda onun da bildirməliyik ki, GRBS®-in təlimçi heyəti ştat üzrə işçilərdir və GRBS®-dən başqa heç bir yerdə bu xidməti göstərmirlər. |
|
|
|
- Mən həftədə 2 dəfədən artıq olmaqla, daha intensiv qaydada məşğul ola bilərəmmi? |
|
Hər bir şey hörmətli Müştərinin arzusundan asılıdır. Hər bir Müştəri məşğələlərin intensivliyini özü seçmək imkanındadır, lakin bu, ayda 8 dərsdən az olmamalıdır. |
|
- Mən işləyirəm və bu səbəbdən də dərslərə yalnız axşam saat 18:00-dan sonra və ya şənbə günləri gələ bilərəm. Siz bu saat və günlərdə xidmət göstərirsinizmi? |
|
Bəli! GRBS®-in ilk yaradığı gündən, biz bilirdik ki, bizim müştərilərimizin əksər hissəsi iş adamları olacaq və müştərilərimizi qane edən iş qrafiki yaratmışıq. |
|
- Mənim kifayət qədər böyük söz ehtiyatım var, lakin əfsuslar olsun ki, mən İngilis dili daşıyıcısı ilə danışdıqda, elə bil ki, dilim tutulur və mən öz fikirlərimi istədiyim kimi ifadə edə bilmirəm. GRBS® bu maneələri aradan qaldırmaqda nə ilə kömək edə bilər? |
|
Bir mənalı olaraq, bu halda Siz özünüz özünüzə ən yaxşı köməkçi olmalısınız. Sizə daha çox ünsiyyətdə olmaq, oxumaq və dinləmək lazımdır. Bütün bu faktorları nəzərə alaraq, GRBS®-in nəzdində English Speaking Workshop və ya qısaca ESW fəaliyyət göstərir. Bizim ECW-mızın geniş yayılmış Conversation klublarından bir çox fərqi var, onlardan ən əsası budur ki, biz müzakirələr üçün aktual intellektual mövzuları seçir və Müştərimizi nəinki sadə söhbətə, daha çox debat formatında keçirilən danışıqlara qabaqcadan hazırlayırıq. Bu mühitdə olarkən, biz bütün müasir texniki vasitələrdən istifadə edirik ki, bunlar öz növbəsində nəinki eşitməyi, görməyi, habelə nitqin sürətlə inkişaf etdirilməsinə səbəb olur. |
|
- Əgər məni tədrisin keyfiyyəti qane etməzsə, mən ödədiyim məbləği geri ala bilərəmmi? |
|
GRBS®-in daxili qaydalarına müvafiq olaraq, əgər Müştəri 1-ci dərsdə tədrisin keyfiyyətindən narazı qalarsa, ona ödədiyi məbləğin 100% geri qaytarılır. |
|
- GRBS® testlərə hazırlıq üçün tədris materialları ilə təmin edirmi? |
|
Bəli, GRBS®-də məşğul olan bütün Müştərilər tədris müddəti ərzində zəruri tədris materialları ilə təmin olunurlar. |
|
Əlavə suallarınız yaranarsa, çəkinmədən bizim lpcr@grbs.com. elektron ünvanımıza yazın. |














