Qeydiyyat prosedurları


QEYDİYYAT PROSEDURLARI
I mərhələ - Müraciət və Sınaq testdən keçmə
Hazırkı mərhələdə Siz:
  1. İstədiyiniz hazırlıq kursuna aid yazılı ərizə formasını  mail@grbs.com elektron ünvanına və ya onlayn vasitəsilə bizə göndərməlisiniz.   Sizin ərizənizi aldıqdan sonra iş günü ərzində bizim əməkdaşlar   Türkan, Elmar və Fariz   Sizinlə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlayaraq sınaq testindən keçmək üçün ən yaxın tarixlər barədə Sizə xəbər verəcək;
  2. GRBS® Tədris Mərkəzində sınaq testindən keçməlisiniz. Bu testin məqsədi ingilis dili, riyazi  və məntiqi bilik səviyyəsini (riyazi bölməsi olan testlər üçün) müəyyən etməkdən ibarətdir. Upper-Intermediate - beynəlxalq imtahanlara hazırlıq üçün minimal tələb olunan səviyyədir.
II mərhələ -  Prosedurlardan keçmə və Dərs lərin başlanması

Hazırkı mərhələdə Siz:

  1. Dərslərin keçirilmə formatını, vaxtını və cədvəlini müəyyənləşdirməlisiniz;
  2. Qeydiyyat vərəqi doldurmalısınız;
  3. (3X4) olan 1 (bir) rəngli foto şəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlisiniz;
  4. Sizin Hüquqlarınızı, Öhdəliklərinizi, Dərslərə davamiyyətinizi, Fors-major hallarını və GRBS®-dən xaric olmaq hallarını tənzimləyən sazişi imzalamalısınız;
  5. İlk 8 dərs üçün qabaqcadan ödəniş etməlisiniz: GRBS®-in daxili qaydalarına müvafiq olaraq, əgər Hörmətli Müştəri 1-ci dərsən narazı qalarsa, onun ödədiyi məbləğ 100% həcmində geri qaytarılacaqdır.
  6. Ödənişinizi təsdiq edən kassa mədaxil qəbzini almalısınız;
  7. Kağız və həmçinin elektron daşıyıcısında olan tədris materiallarını təslim almalısınız.

GRBS

Learning English - Thank You

NEWSLETTER SUBSCRIPTION

NAME
SURNAME
AGE
E-MAIL

GRBS® Dil proqramları istiqamətində yeni 273 dərəcəli kampaniya

02.09.2011
Daha ətraflı...

44 Jafar Jabbarli Street • Caspian Plaza, 7th floor • Baku AZ1065, Azerbaijan

T/F: (99412) 437-10-51 • 437-32-61 • 437-10-61 • E: grbs@grbs.com

© 2004 - 2012 GRBS®

Join us on:

Follow us on: