LP


GRBS® Beynəlxalq Tədris Mərkəzinin “Yayda İngilis dilini öyrənmək payızda sizə Londona dil kursuna getmək imkanı yaradacaq” kampaniyasının nəticələri məlum olduğu bir gündə GRBS® özünün 273 dərəcəli yeni kampaniyasını elan etməklə cari və yeni müştərilərini sevindirmək niyyətindədir. GRBS® Dil proqramları istiqamətində Ümumi və Biznes İngilis dili kurslarına gələn tələbələr üçün keçirilən bu kampaniya çərçivəsində hər 2 aydan bir 1 qalib şəxs Maltaya 10 günlük müddətində İngilis dili kursuna hədiyyə qazanacaq. Kampaniyanın adı da məhz Malta ilə bağlıdır. Belə ki, əgər Bakıda kompasa baxsanız Maltaya olan istiqamət 273 dərəcəlik azimutu göstərəcək.

 

Maltaya İngilis dili kursuna 10 günlük hədiyyə qazandıracaq 273 dərəcəli kampaniyanın şərtlərinə əsasən Ümumi və Biznes İngilis dili kurslarına gələn tələbələr 2 aralıq və 1 yekun imtahanında mümkün 300 faiz/bal-dan üst-üstə 273 faiz/bal toplayaraq finala vəsiqə qazanırlar. Final isə Maltaya həsr ediləcək test suallarından və ya Esse yazmaqdan, həmçinin İngilis dilində müsahibə verməkdən ibarət olacaq. İmtahan verəcək şəxslər öz İngilis dili səviyyələrinə uyğun olaraq qiymətləndiriləcəklər və münsiflər heyətinin qərarına əsasən 1 nəfər qalib müəyyənləşəcək. Qalib gələ bilməyən digər finalçılar isə növbəti dəfə finala çıxmaqdan ötrü 33 hədiyyə balı və GRBS® İngilis dili kurslarına 15 %-lik güzəşt əldə edəcəklər. Qeyd edək ki, bu hədiyyəyə kurs ilə yanaşı yaşayış və qalibin aeroport-yaşayış yeri-aeroporta transferi də daxildir. Qalib şəxs tərəfindən isə yalnız viza və aviabilet əldə etmək tələb olunur. Kampaniyanın şərtləri haqqında geniş məlumat əldə etmək istəyən şəxslər GRBS® Dil proqramları istiqamətinin əməkdaşlarına müraciət edə bilərlər.

 

Qeyd edək ki, 1 iyun – 31 avqust 2011-ci il tarixlərində keçirilmiş “Yayda İngilis dilini öyrənmək payızda sizə Londona dil kursuna getmək imkanı yaradacaq” kampaniyasının qalibi aralıq imtahanında 95 bal toplayaraq finala vəsiqə qazanmış və final mərhələsində “Londona nəyə görə getmək istəyirsiniz?” mövzusunda esse yazmaqda və səyahət bilikləri ilə bağlı İngilis dilində müsahibədə digər finalçıları qabaqlamış Fidan Xəlilova oldu. GRBS® olaraq qalib tələbəmiz Fidan Xəlilovanı ürəkdən təbrik edir və ona London səfərində uğurlar arzulayırıq. Həmçinin, növbəti 1 il ərzində GRBS®-in təhsil xidmətlərinə 20 %-lik güzəşt əldə etmiş digər finalçıları təbrik edir və bizim 273 dərəcəli yeni kampaniya çərçivəsində öz İngilis dili biliklərini bir daha nümayiş etdirib uğur qazanmalarını arzu edirik.

 

Beləliklə, siz Ümumi və Biznes İngilis dili kurslarına gəlməklə GRBS®-də həm öz peşəkar İngilis dili biliklərinizi artıra biləcək, həm də əldə etdiyiniz bilikləri aralıq və final imtahanlarında uğurla nümayiş etdirməklə, 273 dərəcəli kampaniya çərçivəsində Maltaya 10 günlük İngilis dili kursuna vəsiqə qazanmış şəxslərdən biri ola biləcəksiniz. Əgər siz özünüz birbaşa Maltada müxtəlif müddətli İngilis dili kurslarına getmək istəyirsinizsə, o zaman siz Maltada İngilis dili kursları şəbəkələri ilə sıx əməkdaşlıq edən GRBS® Xaricdə Təhsil istiqamətinin əməkdaşlarına istədiyiniz zaman müraciət edə bilərsiniz.

GRBS

Learning English - Thank You

NEWSLETTER SUBSCRIPTION

NAME
SURNAME
AGE
E-MAIL

GRBS® Dil proqramları istiqamətində yeni 273 dərəcəli kampaniya

02.09.2011
Daha ətraflı...

44 Jafar Jabbarli Street • Caspian Plaza, 7th floor • Baku AZ1065, Azerbaijan

T/F: (99412) 437-10-51 • 437-32-61 • 437-10-61 • E: grbs@grbs.com

© 2004 - 2012 GRBS®

Join us on:

Follow us on: