LP \ Xəbərlər

Azərbaycan dilini öyrənmək istəyən İngilis dilli əcnəbilər üçün unikal vəsait


 

Öz fəaliyyətində ölkəmiz üçün bir sıra uğurlu yeniliklərə imza atmış GRBS®-in 2011-ci ildə maraqlı layihələrindən biri də Azərbaycan dilini öyrənmək istəyən İngilis dilli əcnəbilər üçün hazırlayıb nəşr etdiyi “Learn Azerbaijani 1” kitabı oldu. Bu kitabın ərsəyə gəlməsində uzun illər əcnəbilər üçün Azərbaycan dilinin tədrisini aparan Nüsrət Şıxbabayev və Səbuhi Yusifov yaxından iştirak etmişlər.

 

Respublikamızın müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etdiyimiz dövrdə bu layihənin müəllifləri bunu bu əlamətdar hadisə üçün böyük hədiyyə hesab edirlər. Müstəqillik qazandıqdan sonra ölkəmiz  bir sıra sahələrdə uğur qazanmışdır. Xüsusən də ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi fonunda ölkəmizdə çoxsaylı xarici şirkətlərin fəaliyyətə başlaması nəticəsində əcnəbilərin ölkəmizdə yaşayıb işləməsinə imkan yaranmışdır. Son illər həmçinin, təhsil sahəsində xarici münasibətlərin inkişafı nəticəsində ilbəil daha çox xarici tələbə təhsil almaq üçün ölkəmizə üz tutur. Heç şübhəsiz ki, ölkəmizdə işləməyə gələn mütəxəssislərin və oxumağa gələn tələbələrin ilk tələbatlarından biri Azərbaycan dilini öyrənməkdir.  Bundan əlavə, ölkəmizdən kənarda bir çox Azərbaycan mədəniyyəti mərkəzləri və Azərbaycan dili kursu və məktəbləri fəaliyyət göstərir ki, bu müəssisələr də dilimizi tədris edir. Eyni zamanda ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarında işləyən xarici vətəndaşların Azərbaycan dilini öyrənməyə ehtiyacı var.

 

Məhz bunlardan dolayı regionda fəaliyyət göstərdiyi təhsil-tədris xidmətləri üzrə lider və novator təşkilat olan GRBS® Learn Azerbaijani kitabları silsiləsinin çap edilməsi, bu sahədə internet səhifənin yaradılması və digər tədbirlərin həyata keçirilməsi qərarına gəlmişdir. Yenicə işıq üzü görən “Learn Azerbaijani 1” kitabı bu qəbildən olacaq kitablar silsiləsinin 1-ci kitabıdır və ilkin bilik və bacarıqları əhatə edir. Qısa zamanda kitabın 2-ci və 3-cü səviyyələri işıq üzü görəcək. Kitab müasir interaktiv təlim üsullarına əsaslanır və bu qəbildən ilk əsərdir. Əyləncəli metodlarlaöyrənmə prinsipinə söykənən əsər dünyanın aparıcı dil tədrisi mərkəzlərində tətbiq olunan metodika əsasında hazırlanıb.

 

Qeyd edək ki, kitab artıq Bakı şəhərinin bir sıra kitab mağazalarında satışa qoyulub. Kitabı eyni zamanda learnazerbaijani@grbs.com elektron ünvanına müraciət etməklə və ya (+99412) 4371051 telefon nömrəsi ilə əlaqə saxlamaqla birbaşa GRBS®-dən də əldə etmək olar.

 

    

GRBS

Learning English - Thank You

NEWSLETTER SUBSCRIPTION

NAME
SURNAME
AGE
E-MAIL

GRBS® Dil proqramları istiqamətində yeni 273 dərəcəli kampaniya

02.09.2011
Daha ətraflı...

44 Jafar Jabbarli Street • Caspian Plaza, 7th floor • Baku AZ1065, Azerbaijan

T/F: (99412) 437-10-51 • 437-32-61 • 437-10-61 • E: grbs@grbs.com

© 2004 - 2012 GRBS®

Join us on:

Follow us on: