MBA və Mühasibat Uçotu Magistrları üçün məlumat

 

CIMA MBA və ya Mühasibat uçotu üzrə magistr dərəcəsi sahiblərini gələcək biznes liderləri kimi tanıyır.

 

Biz CIMA peşəkar kvalifikasiyası üçün tezləşdirilmiş yol hazırlamışıq.

 

Magistr giriş yolunu və CIMA üzvlüyünü tamamlamaq sizə aşağıdakıları etmək üçün imkan yaradacaqdır:

 

  • Strateji məsləhət təklif etmək
  • Vacib qərarlar qəbul etmək və dəstəkləmək
  • Riski və bugünkü mürəkkəb biznes iqlimində dəyişikliyi idarə etmək
  • Sağlam peşəkar etika məcəlləsinə riayət etmək
  • Davamlı peşəkar inkişaf nümayiş etdirmək.

 

Bu peşəkarlıq səviyyəsini nümayiş etdirə bilən MBA və ya Mühasibat uçotu üzrə magistr dərəcəsi sahibləri əmək bazarında güclü üstünlüyə malik olacaqlar.

 

Aparıcı biznes məktəbləri və işəgötürənlərlə konsultasiyadan sonra CIMA MBA və ya Mühasibat uçotu üzrə magistr dərəcəsi sahiblərinə öz gələcək uğurlarını təmin etmək imkanı verməyə qadirdir.

 

Magistr giriş qiymətləndirməsi
MBA və ya Mühasibat uçotu üzrə magistr dərəcəsi sahibi olaraq siz giriş qiymətləndirməsindən keçmək hüququna maliksiniz. İmtahandan uğurla keçdiyiniz təqdirdə siz CIMA-nın professional səviyyəli imtahanlarından 11 azad olma əldə edəcək (pulsuz olaraq) və idarəetmə uçotu üzrə CIMA advanced diplomu ilə təltif olunacaqsınız.

 

Bundan sonra siz P3, E3 və F3 strategic səviyyə imtahanlarını verə bilərsiniz.

 

İmtahan haqqında məlumat əldə edin İmtahan haqqında məlumatı buradan əldə edin.

 

Təklif
Magistr giriş yolu üçün qeydiyyat haqqı GBP 600 təşkil edir.

 

Bu paketə daxildir:

 

Sizin CIMA tələbə qeydiyyatı haqqınız

  • Bir imtahana qeydiyyat və qiymətləndirmə imtahanında bir cəhd
  • Beş CIMAstudy.com onlayn təhsil modulu (E2, P2 və F2 üstəgəl iki digər modul*).

 

*Tələbələr dörd seçimdən birini seçə biləcəklər:

 

Seçim A:C1 + C2: Bu seçim qeyri-mühasibat profilli MBA məzunları və ya əsaslar üzrə biliklərini təzələmək istəyən hər kəs üçün münasib ola bilər. Bu imtahanlar maliyyə və idarəetmə uçotunun əsaslarını əhatə edir; bunlar giriş imtahanı üçün “fərz olunan biliklər” hesab olunurlar.

 

Seçim B:P1 + F1: Bu seçim giriş qiymətləndirməsinin bir hissəsini təşkil edən performans və maliyyə ilə bağlı materiallarla daha yaxından tanış olmaq istəyən MBA məzunları üçün münasib ola bilər. Performans mərhələsi maliyyənin strategiyanın formalaşdırılması və tətbiqinə necə vasitəçilik etdiyini nəzərdən keçirir; maliyyə mərhələsi isə maliyyə hesabatlarının necə hazırlandığını və şərh olunduğunu nəzərdən keçirir.

 

Seçim C:E1 + P1: Bu seçim diqqətini müəssisə və performans mərhələlərinə yönəltmək istəyən  mühasibat uçotu üzrə magistrlər üçün münasib ola bilər. Müəssisə mərhələsi strategiyanın necə formalaşdırıldığını və tətbiq edildiyini nəzərdən keçirir. Performans mərhələsi isə maliyyənin strategiyanın formalaşdırılması və tətbiqinə necə vasitəçilik etdiyini nəzərdən keçirir.

 

Seçim D:E1 + F1: Bu seçim müəssisə və maliyyə mərhələlərinə diqqətini yönəltmək istəyən mühasibat uçotu üzrə magistrlər üçün münasib ola bilər. Müəssisə mərhələsi strategiyanın necə formalaşdırıldığını və tətbiq edildiyini nəzərdən keçirir; maliyyə mərhələsi isə maliyyə hesabatlarının necə hazırlandığını və şərh olunduğunu nəzərdən keçirir.

 

Özünüz üçün ən münasib alternativi seçin.

 

Seçim etməkdə sizə kömək etmək üçün cari certificate professional səviyyələrinin proqramlarına nəzər salın.

 

Gələcək biznes lideri kimi seçilin
CIMA dinamik və mükafatlandırıcı karyerada nailiyyətə aparan təsdiq olunmuş yoldur. Bizim missiyamız sizə öyrənmək, inkişaf etmək və öz biznes potensialınızı reallaşdırmağa kömək etməkdir.

 

CIMA tələbəsi kimi qeydiyyatdan keçin və magistr giriş yolunu seçin.

 

Əgər siz CIMA tələbəsi olmuş və fasilə vermisinizsə, siz magistr giriş yolu üçün yenidən qeydiyyatdan keçə bilərsiniz.

 

Öz  ID və parolunuzdan istifadə etməklə MY CIMA-ya daxil olun və 'My Financials' başlığı altında 'Settle my account' linkini seçin.

 

Ətraflı məlumat üçün çox verilən suallar linkini izləyin.

 

Tələbə qeydiyyatı üçün son tarix
Siz may imtahanı üçün 31 yanvar tarixinə qədər, noyabr imtahanı üçün isə 31 iyul tarixinə qədər CIMA tələbəsi kimi qeydiyyatdan keçməli və aidiyyətli sənədləri göndərməlisiniz.

 

İmtahana qeydiyyat üçün son tarix

 

May ayında magistr giriş qiymətləndirməsində iştirak etmək üçün 14 mart tarixinə qədər qiymətləndirmə üçün qeydiyyatdan keçin.

 

İmtahanı noyabr ayında vermək üçün 14 sentyabr tarixinə qədər qiymətləndirmə üçün qeydiyyatdan keçin. 

 

 

QEYD: bu səhifədə əks olunan məlumatlar CIMA-nın rəsmi internet saytından götürülmüşdür: http://www.cimaglobal.com

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: