Məlumat: CIMA Master's Gateway Routes

 

Öz peşəkar karyeranızı inkişaf etdirin və tezləşdirilmiş giriş yolu ilə CIMA-ya qoşulun. 

 

CIMA-nın üç management səviyyəli imtahanının kombinasiyasına əsaslanan bir imtahandan keçmək sizə pulsuz olaraq CIMA-nın certificate, operationalmanagement səviyyəli 11 imtahanından azad olma (exemption) tələb etməyə imkan verir.

 

Bundan sonra tam hüquqlu CIMA üzvü olmaq üçün siz sadəcə üç strategic səviyyəli imtahan və bir tapşırıqdan keçməli və işə əsaslanan praktiki təcrübəni yerinə yetirməlisiniz.

 

CIMA-ya tezləşdirilmiş yol diaqramı 

 

 

Giriş hüququ

 

CIMA-ya giriş proqramları təsdiq olunmuş peşəkar mühasibat uçotu qurumlarının üzvləri və aidiyyətli magistr dərəcələrinin məzunları üçün açıqdır.  

 

Təsdiq olunmuş peşəkar mühasibat uçotu qurumları
Əgər siz Beynəlxalq Mühasiblər Federasiyasının üzvü olan və eyni zamanda imtahan keçirən bir peşəkar qurumun üzvüsünüzsə, onda siz CIMA-ya giriş üçün imtiyazlı ola bilərsiniz.

 

Ətraflı məlumatı peşəkar giriş yolu səhifəsində tapa bilərsiniz.

 

Aidiyyətli magistr dərəcələri

 

CIMA aidiyyətli magistr dərəcələrinin sahiblərinə tezləşdirilmiş giriş yolundan istifadə etməyi təklif edir.

 

Aidiyyətli magistr dərəcələrinə daxildir:

  • Biznes inzibatçılığı üzrə magistr (MBA)
  • Mühasibat uçotu üzrə magistr

 

Ətraflı məlumatı magistr giriş yolu səhifəsində tapa bilərsiniz.

 

Giriş qiymətləndirməsi

 

Giriş qiymətləndirməsiüç saat davam edir və istənilən CIMA imtahan mərkəzində verilə bilər.

 

İmtahan ildə iki dəfə verilə bilər – Mayda və Noyabrda.

 

İmtahan CIMA-nın üç management səviyyəli imtahanını özündə birləşdirir.

 

Siz management səviyyəsinin əhatə etdiyi proqrama burada baxa bilərsiniz.

 

Giriş qiymətləndirməsinin strukturu belədir:

 

A bölməsi – hərəsi 25 bal dəyərində 3 icbari sual.

  • 1. P2 – Performance management proqramı, mövzu B – cost planning and analysis for competitive advantage
  • 2. E2 – Enterprise management proqramı, mövzu B – project management
  • 3. F2 – Financial management proqramı, mövzu A – group financial statements

B bölməsi – üç management səviyyəli imtahanın A bölməsində əhatə olunmayan bütün yerdə qalan sahələri üzrə cəmi 25 bal dəyərində icbari test sualları.

 

Giriş qiymətləndirməsindən keçdikdən sonra siz CIMA advanced diploma in management accounting ilə təltif olunacaqsınız.  

 

Siz həmçinin heç bir əlavə pul ödəmədən CIMA-nın certificate, operationalmanagement səviyyələri üzrə 11 imtahandan azad olunacaqsınız.

 

Bundan sonra siz strategic səviyyəli imtahanları verə bilərsiniz (E3 - Enterprise Strategy, P3 - Performance Strategy və F3 - Financial Strategy).

 

Əgər siz hər hansı səbəbdən giriş qiymətləndirməsində iştirak etmək istəmirsinizsə, başqa seçimlər də ola bilər.

 

Sizin peşəkar qurumunuzun və ya təhsil aldığınız universitetin CIMA ilə daha münasib azad olmaların təklif olunmasına imkan verən akkreditasiya olunmuş qərarı ola bilər.

 

Giriş proqramına hüququnuzun olması sizin bu yoldan istifadə etməyinizi məcburi etmir.

 

Giriş qiymətləndirməsi üçün qeydiyyatdan keçin

 

Tələbə qeydiyyatı üçün son tarix:
Siz may imtahanı üçün 31 yanvar tarixinə qədər, noyabr imtahanı üçün isə 31 iyul tarixinə qədər CIMA tələbəsi kimi qeydiyyatdan keçməli və aidiyyəti sənədləri göndərməlisiniz.

 

İmtahan üçün qeydiyyat

CIMA tələbəsi kimi qeydiyyatdan keçdikdən və sənədləriniz emal olunduqdan sonra, siz öz mycima hesabınız vasitəsilə CIMA imtahanı üçün qeydiyyatdan keçmək üçün elektron təlimat məktubu alacaqsınız. İmtahana qeydiyyatla bağlı ətraflı məlumat alın.

 

Nümunə üçün imtahan materialı
Siz nümunə üçün imtahan materialına buradan baxa bilərsiniz.

 

 

QEYD: bu səhifədə əks olunan məlumatlar CIMA-nın rəsmi internet saytından götürülmüşdür: http://www.cimaglobal.com

28 M/St, Baku Central Hub • Pushkin Street, Demir Yol Plaza, 15,16th floors • Baku AZ1010, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: