Paper C02 - Fundamentals of Financial Accounting

 
İmtahan mövzuları
  • Konseptual və Tənzimləyici Çərçivə

  • Uçot Sistemləri

  • Uçot Sistemlərinin Nəzarəti

  • Fərdi Müəssisələr üçün Hesabatların Hazırlanması

Bu imtahanın mövzusu fərdi müəssisələrin mühasibat əməliyyatlarının yazılması və maliyyə hesabatlarının hazırlanmasını əhatə edir. Tələbələrdən dərc edilən hesabatların formatı və məzmununu bilmələri tələb olunur, lakin həmin hesabatları tərtib etmələri tələb olunmur. Heç bir BMHS-larda əks etdirilən xüsusi uçot qaydalarına dair biliklərə malik olmaq zəruri deyil, yalnız onların maliyyə hesabatlarına necə təsir etdiklərini bilmək kifayət edir. Bu maliyyə hesabatlarının əsaslarını 1 və 7 -li BMUS-ları təşkil edəcək. Bütün müəssisələr üçün istifadə olunacaq terminlər BMHS-larda öz əksini tapıb.

Məqsəd
  • Mühasibat Uçotunun konseptual və tənzimləyici çərçivəsini izah etmək

  • Uçot sistemlərinin mahiyyətini izah etmək və belə sistemlərin nəzarətini başa düşmək

  • Fərdi müəssisələr üçün maliyyə hesabatların hazırlanması və izahı

  • Sadə əmsalları hesablamaq və izah etmək

İmtahan

Kompüter əsasında təşkil olunmuş 2 saat davamlılığı olan imtahan 50 mütləq sualdan və hər bir sual bir və ya bir neçə hissədən ibarətdir

Kurs haqqında təfsilatlı məlumat

Kursun növü:

Taught + Revision

Tədris dili:

İngilis

Qiymət:

580 AZN

Qiymətə daxildir:

Taught və Revision kursları, Aralıq İmtahanlar, Sınaq İmtahanı, CIMA-nın təsdiqlədiyi nəşriyyatın zəruri tədris materialların tam paketi (Study Text, Practice and Revision Kit) və çay-kofe fasilələri.

 

Ümumi müddət:

48 saat

Həftəlik cədvəl:

Bazar

Vaxt:

9:30 - 13:30

Keçirilmə ünvanı:

Səməd Vurğun küçəsi 77 • Zabitlər Parkı • Baku AZ1022, Azərbaycan

 
Kursun başlamasından 30 gün əvvəl qeydiyyatdan keçənlər əlavə 5% endirim əldə edəcəklər
   
Qeydiyyat

 

Qeydiyyatdan keçmək istəyən şəxs aşağıdaki üsullardan birini seçə bilər:

1. ONLAYN rejimdə qeydiyyat (daha sürətli və rahat servis). 

2. Faks və ya E-mail: Qeydiyyat Formasını doldurub qeyd olunan nömrələrə  (994 12) 437-10-51/ 61 və ya ipq@grbs.com elektron poçt ünvanına göndərin. Qeydiyyat formasını bizə göndərdikdən sonra, müştəri xidməti mərkəzimizin əməkdaşları sizinlə 24 saat ərzində əlaqə saxlayacaqdır.

 

3. Kursa başlamazdan öncə, müvafiq kurs üzrə bilik səviyyəsini müəyyənləşdirmək üçün Qiymətləndirmə testindən keçmək tələb olunur(!). Xidmətin qiyməti 40 AZN-dir. Hazırlıq kursa yazılmaqla bağlı müqavilə imzalandıqdan sonra 40 AZN kursun ödənişdən çıxılır.

 

Qiymətləndirmə testinin günləri:

Bazar ertəsi, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə saat 19:00 - 20:00.

Yerlər məhduddur, ən qısa zamanda qeydiyyatdan keçməyinizi tövsiyə edirik.

Müvəffəqiyyətliliyin təminatı

Əgər "Taught+Revision" kursunda iştirak etmək üçün tövsiyələrimizə riayət etsəniz və aşağıdakı ÜÇ şərti təmin etsəniz, inanırıq ki, Sizin imtahanı müvəffəqiyyətlə verməyə əla şansınız var:

  1. "Taught+Revision" kursunda davamlı şəkildə iştirak etmək
  2. Hər iki Aralıq Testdə minimum 50% toplamaq
  3. Yoxlama imtahanında minimum 50% toplamaq

Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilərsə, LAKİN bununla belə tələbə imtahandan kəsilərsə, bu halda  GRBS®   tələbələrin təkrarən kurslarda iştirakını PULSUZ təmin edir və ikinci dəfə imtahanda iştirak etmək üçün təkrar qeydiyyat haqqını öz üzərinə götürür. 

 

Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilmədən, tələbə imtahandan kəsilərsə, tələbənin təkrarən kursda iştirakı kursun iştirak haqqının 50%-ni ödəməklə mümkün olacaq.

T4 və CBA İmtahanları

CIMA tərəfindən Kompüterləşdirilmiş İmtahanların təşkil edilməsi və idarə edilməsi üçün lisenziyalaşdırılmış GRBS® böyük məmnuniyyətlə sizi CIMA Certificate Level (C01-C05 fənləri) üzrə və həmçinin T4 (TOPCIMA) kompüterləşdirilmiş imtahanında iştirak etməyə dəvət edir. Siz GRBS-in imtahan mərkəzində imtahan tarixi üçün münasib vaxt seçə bilərsiniz.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Endirimlər
  • GRBS eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq edir: 2 iştirakçı  üçün 4%, 3 iştirakçı üçün 6%, 4 iştirakçı üçün 8%, 5-10 iştirakçı üçün 10%, 10 və daha artıq iştirakçı üçün daha çox endirim təklif olunur ( daha ətraflı ).
  • CIMA kvalifikasiyası üzrə hər ardıcıl kursda iştirak edənlərə 5%-lik endirim verilir (yalnız fiziki şəxslər üçün).
  • 16 yaşdan 23 yaşa qədər olan şəxslərə 10% endirim tətbiq edilir.
  • Bakalavr pilləsində təhsil alan tələbələr 10% endirim imkanından yararlana bilər
  • Dövlət sahəsində çalışan işçilərin hər biri 10% endirim tətbiq edilir.
  • MYBRAND'S kart sahibləri 10% endirim imkanından yararlana bilər.
  • AG Club kart sahiblərinə 10 %-lik güzəşt tətbiq edilir.
  • ISIC kartının sahiblərinə 10% endirim tətbiq edilir.
  • GRBS® Biz Klub abunəçilərinə 10% endirim təklif edir.
  • UniBank Endirim Club üzvlərinə 10% endirim tətbiq edilir.
  • Hərbi xidmətdən son 1 il ərzində tərxis olunmuş hər bir gənc oğlana 21 % və birbaşa ön cəbhədə olan hər bir gənc oğlana 50% endirim tətbiq edilir
  • GRBS® Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan imtiyazlı şəxslər üçün xüsusi endirimlər tətbiq edir (daha ətraflı).

 

Xüsusi qeydlər:

  • Müştəri yalnız bir endirim təklifindən yararlana bilər.
Dosta tövsiyə
  • Əgər Sizin tövsiyənizlə dostunuz/həmkarınız CIMA üzrə hazırlıq kursuna yazılsa, bu halda sizin hər biriniz üçün kursun dəyərindən 38 AZN çıxılacaq.
  • Kursun dəyərindən çıxılmış 38 AZN sizin iştirak etdiyiniz və ya gələcəkdə iştirak edəcəyiniz CIMA üzrə hazırlıq kursuna birbaşa sərf edilir.
  • Siz GRBS-də keçirilən hazırlıq kurslarını iki nəfərdən artıq olmayaraq dostunuza və ya həmkarınıza tövsiyə edə bilərsiniz.
  • Bu kampaniya yalnız FİZİKİ ŞƏXSLƏRƏ (öz hesabına iştirak edən şəxslərə) tətbiq edilir.
Qeydiyyatın təxirəsalınma və ləğv edilmə proseduru

Müştəri hazırlıq kursunda iştirak etməmək üçün qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olduqda, o, bu barədə GRBS®-in Beynəlxalq Peşəkar Kvalifikasiyalar istiqamətinin nümayəndələrinə yazılı şəkildə bildirməlidir. Bildiriş kursun başlanma tarixindən ən azı 7 (yeddi) iş günü qabaqcadan həyata keçirilməlidir, əks halda kurs haqqının 30%-i həcmində cərimə ödənilməlidir. Kursun başlanma tarixindən sonra qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olan müştərilərimiz kurs haqqının 100%-həcmində cərimə ödəməlidirlər.

Xaricdən olan müştərilər üçün
GRBS® aşağıdakı əlavə xidmətləri təqdim edir: müştərinin qarşılanması və müşayiəti, oteldə yerləşdirilmə və mədəni-əyləncəvi proqramlar(daha ətraflı).

For more detailed information on CIMA Qualification preparatory courses please

download THE CIMA COURSES BROCHURE

More information on CIMA Certificate in Business Accounting is available at

www.cimaglobal.com

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71 •
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: