Siz Nəyi Bilməlisiniz

SİZ NƏYİ BİLMƏLİSİNİZ

Əlavə məlumat – Giriş yolları (PDF formatında yüklə)

QEYD: bu səhifədə əks olunan məlumatlar ACCA-in rəsmi internet saytından http://www.accaglobal.com və ACCA-in "Your Future in Finance and Accounting" adlı nəşrindən götürülmüşdür. 

Siz nə vaxt qeydiyyatdan keçə bilərsiniz?

Sizin qeydiyyat tarixiniz ACCA-in birinci imtahanlarını nə vaxt vermək istədiyinizdən asılıdır. ACCA imtahanlarını ildə iki dəfə - İyun və Dekabr aylarında keçirilir .

 

İyun imtahanlarına – keçən ilin 31 dekabrına qədər qeydiyyatdan keçməlisiniz. Qeydiyyat forması fevral ayının ortalarında göndəriləcək. Qeydiyyat formasını aprelin 15-dək doldurub geri göndərin.

Dekabr imtahanlarına – həmin ilin 15 avqustuna qədər  qeydiyyatdan keçməlisiniz. Qeydiyyat forması sentyabr ayının ortalarında göndəriləcək. Qeydiyyat formasını oktyabrın 15-dək doldurub geri göndərin.

Haradan başlamalısınız?

ACCA Tələbə kimi qeydiyyatdan keçmək üçün Sizin yaşınızdan və keçmiş elmi ixtisasınızdan asılı olaraq müxtəlif yollar təklif edir.

 

Minimum tələblər:

  • Minimum yaş həddi 18
  • Ümumi orta təhsil haqqında Şəhadətnamə. Orta məktəbi Böyük Britaniyada bitirmiş tələbələr üçün İki A səviyyəsi və və üç GCSE və ya ona ekvivalent olan İngilis dili və Riyaziyyat fənləri daxil olmaqla 5 ayrı fənləri keçmə haqqında Şəhadətnamə.

Yaşca böyük tələbələr üçün:

  • Yaş həddi 21-dən yuxarı
  • Elmi ixtisas tələb olunmur
  • ACCA-in digər imtahanlarına irəliləməmişdən əvvəl iki il ərzində F2 Management Accounting və F3 Financial Accounting imtahanlarının ekvivalentini keçməli.  

Ali məktəb məzunları üçün:

  • ACCA tərəfindən akkreditasiya almış ali məktəblərin müvafiq dərəcəsinə malik olan şəxslər Fundamentals mərhələsinin 9 imtahanından azad olub birbaşa Proffesional mərhələsinə qəbul ola bilərlər. Müvafiq dərəcəyə malik olmayan şəxslər də həmçinin bir neçə imtahandan azad ola bilərlər.
  • Azad oluna biləcək imtahanların sayını və adlarını dəqiqləşdirmək üçün www.accaglobal.com saytına müraciət edə bilərsiniz.

ACCA-yə CAT kvalifikasiyası vasitəsi ilə qəbul olma:

  • Minimum yaş həddi - 16
  • Elmi ixtisas tələb olunmur
  • İlkin olaraq Sertifikatlaşdırılmış Mühasib-Texnik ixtisasını əldə etməlisiniz və sonra isə ACCA Kvalifikasiyasının Knowledge modulunun 3 imtahanından azad olaraq Skills moduluna keçə bilərsiniz. 

ACCA imtahanlarının hər hansındansa azad olmaq mümkündürmü?

Bəli. Azad ola biləcəyiniz imtahanların sayı sizin keçmiş ixtisasınızın ACCA proqramının məzmununa nə dərəcədə yaxın olduğundan asılıdır. Məsələn, əgər siz ACCA tərəfindən akkreditə edilmiş universitetin müvafiq dərəcəsinə maliksinizsə, onda sizin Fundamentals mərhələsinin 9 imtahanına qədər azad olma imkanınız var. Proffesional mərhələsinin imtahanlarından isə azad olmaq mümkün deyil. Azad ola biləcəyiniz imtahanları müəyyənləşdirmək üçün www.accaglobal.com saytına müraciət edə bilərsiniz. 

ACCA  Kvalifikasiyası üzrə oxumaq neçəyə başa gəlir?

Qeydiyyatdan keçərkən abunə haqqını ödəməniz xahiş olunacaq. Hər il yanvarın 1-dən etibarən illik abunə haqqını ödəməlisiniz. İmtahana yazıldığınız zaman və ya azad olunduğunuz imtahan üzrə ödənişin edilməsi xahiş olunacaq.

ACCA-yə üzv olmaq üçün nə etməlisiniz?

ACCA-in üzvü kimi ixtisaslaşmaq üçün Siz:

  • 14 imtahan verməlisiniz (9-dan azad olma imkanı var)
  • Tələb olunan 13 məqsədlərə (9-zu Essentials-dan, 4-ü isə Options-dan) nail olmaq üçün ən azı 3 illik müvafiq praktiki təcrübəyə malik olmaq.
  • Professional Etika modulunu bitirmək

İxtisaslaşmaq üçün nə qədər vaxt tələb olunur?

ACCA Kvalifikasiyası çevik proqrama malikdir. Həmçinin ACCA sizə imtahanları bitirməklə birgə praktik təcrübəni əldə etməyə məsləhət görür, amma əlbəttə ki, necə oxumağınız, nə vaxt imtahan verəcəyiniz və harada və nə tərzdə praktik təcrübəni əldə etməyiniz sizdən asılıdır. Siz hər altı ay ərzində maksimum 4 imtahan verə bilərsiniz və bunu tam iş günü ilə uyğunlaşdırıb eyni zamanda üzvlüyə zəruri olan praktik təcrübəni də qazana bilərsiniz. Minimum qəbul tələbləri ilə qeydiyyatdan keçən şəxs tam iş gününü işləyərək və yarım gününü oxumağa sərf edərək təxminən 3-4 il ərzində ACCA Kvalifikasiyasını əldə edə bilər. Lakin keçmiş kvalifikasiyanız və müvafiq praktik təcrübənizdən asılı olaraq siz kvalifikasiyanı daha qısa bir zamanda bitirə bilərsiniz. Müvafiq dərəcəyə malik olan tələbə bir neçə illik  praktik təcrübə ilə kvalifikasiyanı ən azı bir və ya iki il ərzində bitirə bilər.

Professional Etika modulu nədir? Bu modulu bitirmək mütləqdirmi?

ACCA Kvalifikasiyasında peşəkar dəyərlərə, etikaya və idarəçiliyə xüsusi yer ayrılır, çünki mühasibatlıq sahəsində peşəkarlıq və etika məsələləri get-gedə diqqət mərkəzində olur. ACCA Kvalifikasiyasını qazanmaq üçün sizin etika sahəsində olan inkişafınızı nəzərə alaraq imtahanlardan və praktiki təcrübədən başqa Professional Etika modulunu bitirmək vacibdir. Modulu onlayn rejimdə və ya yazılı formada bitirmək olar.

Sizə praktiki təlim nə üçün lazımdır?

ACCA Kvalifikasiyanın əsas komponenti müvafiq praktiki təcrübəyə nail olmaqdır. ACCA Kvalifikasiyası sizi tələbkar və məsuliyyətli peşəkar mühasib karyerasına hazırlaşdıracaq və hər bir peşə sahəsində olduğu  kimi, imtahan prosesində əldə edilmiş nəzəri biliklərə əsaslanmaq kifayət deyil. ACCA Kvalifikasiyası praktik təcrübəni imtahan proqramı ilə sıx birləşdirir və imtahan zamanı əldə etdiyiniz bacarıqları gücləndirərək gələcək iş yerinizdə tətbiq olunmasına imkan yaradır. Bu da öz növbəsində potensial işə götürən subyektə məhz sizin bu işə yararlı olduğunuzu müstəqil şəkildə zəmanət verir. Lazımi işə götürəni seçmək və praktik təcrübəni qazanmaq sizdən asılıdır, lakin sizin düzgün təlim və inkişaf növünü seçdiyinizi təsdiqləyən bir çox mənbələr mövcuddur.

Daha ətraflı məlumat Bazar günündən başlayaraq Cümə gününə qədər altı gün ərzində fərdi xahiş əsasında ACCA Contact xidmətindən əldə edilə bilər.

ACCA Connect
2 Central Quay
89 Hydepark Street
Glasgow
United Kingdom
G3 8BW


General Enquires:
info@accaglobal.com
Student Enquires: students@accaglobal.com
Member Enquires: members@accaglobal.com
tel: +44 (0)141 582 2000
fax: +44 (0)141 582 2222

 

77 Samad Vurghun street • Zabitler Parki • Baku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 505 10 51 • T: (99412) 505 10 61 • T: (99412) 505 10 71
E: mail@grbs.com

© 2013- GRBS®

Join us on: