GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Anons
16.07.2010
  Milli Mühasibat Kvalifikasiyası (MMK) üzrə yeni hazırlıq kursları başlayır!
 
GRBS® Azərbaycan Mühasibatlıq Tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində Milli Mühasibatlıq Kvalifikasiyası üzrə Azərbaycan və Rus dillərində unikal tədris və milli sertifikatlaşdırma proqramını təqdim edir! Milli Mühasibatlıq Kvalifikasiyası - Azərbaycanda Mühasib və Auditorlar üçün beynəlxalq səviyyədə tanınan ilk və yeganə milli peşəkar kvalifikasiyadır.

Azərbaycan Respublikası Prezidenti zati-aliləri cənab İlham Əliyevin 29 iyun 2004-cü il tarixli Sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlər 01 yanvar 2008-ci il tarixindən etibarən Milli və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçməlidir. GRBS® bu sərəncamı rəhbər tutaraq və Azərbaycanda kadr potensialının gücləndirilməsi məqsədi ilə beynəlxalq ixtisaslaşdırma proqramları əsasında Milli Mühasibatlıq Kvalifikasiyası üzrə xüsusi hazırlıq kursundan ibarət olan unikal tədris və milli sertifikatlaşdırma proqramı hazırlamışdır. Milli Sertifikatlaşdırma Proqramı iştirakçılarının mühasibat uçotu, maliyyə idarəetməsi, vergi uçotu, milli maliyyə hesabatı standartları sahəsində nəzəri bilik və praktiki bacarıqlarını artırmaqla təşkilatınızın sürətlə inkişaf edən müasir iqtisadi şəraitdə daha dayanıqlı olmasına və çiçəklənməsinə yardım edəcək.

Milli Mühasibatlıq Kvalifikasiyası Ümumi Müddət (saat) Son Qeydiyyat Tarixi Başlama Tarixi Bitmə Tarixi
Azərbaycan dilində
Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar) 52 29 İyul 31 İyul 23 Oktyabr
Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom 80 19 İyul 21 İyul 4 Noyabr
Rus dilində
Mühasibat Uçotu  üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar) 52 22 İyul 24 İyul 16 Oktyabr
İdarəetmə Uçotu üzrə Milli Sertifikat 52 22 İyul 24 İyul 16 Oktyabr
Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom 80 27 Avqust 29 Avqust 28 Noyabr
Əlavə məlumat üçün kursun adını seçin.

TƏDRİS VƏSAİTLƏRİ

Azərbaycan dilində keçirilən kurslar üçün tədris vəsaitləri: Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar), İdarəetmə Uçotu üzrə Milli Sertifikat, Kommersiya, Büdcə və Qeyri-hökumət təşkilatları (QHT) üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom hazırlıq kurslarında istifadə edilən tədris vəsaitləri dünyanın 180-dən çox ölkəsində yayılmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Assosiation of Chartered Certified Accountants (ACCA)) 50 illik təcrübəyə malik rəsmi nəşriyyatı “BPP Learning Media” tərəfindən hazırlanmış ACCA Kvalifikasiyası üzrə ingilis dilli tədris materiallarının Azərbaycan dilinə GRBS® tərəfindən  ekskluziv rəsmi  tərcüməsi əsasında yaradılmışdır. Vergi Uçotu kursunun tədris materialları isə Azərbaycan Respublikasında hal-hazırda qüvvədə olan Vergi Qanunvericiliyi əsasında yaradılmışdır.

Tədris vəsaitinin nümunəsi ilə tanış olmaq üçün yükləyin:
Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom - Dərs Vəsaiti (21-ci fəsil / PDF 1,45 MB)

Rus dilində keçirilən kurslar üçün tədris vəsaitləri: Hər bir kurs üçün ACCA (Assosiation of Chartered Certified Accountants) tərəfindən təsdiq edilmiş proqramlar üzrə Rus dilində hazırlanmış tədris vəsaitlərindən istifadə edilir.


MİLLİ SERTİFİKATLAŞDIRICI İMTAHAN
Milli Sertifikatlaşdırıcı İmtahanları uğurla verәn namizәdlәr 105 illik tarixә malik imtiyazlı Sertifikatlaşdırılmış Mühasiblәr Assosiasiyası tәrәfindәn (ACCA) Azәrbaycan Respublikasında yeganә akkreditә edilmiş Tәdris Partnyoru GRBS® vә Beynәlxalq Mühasiblәr Federasiyasının (IFAC) üzvü Azәrbaycan Respublikası Auditorlar Palatası tәrәfindәn tәqdim edilәn vә beynәlxalq Diplom vә Sertifikatlarla tәltif olunurlar.

DƏRSLƏRİN KEÇİRİLMƏ VAXTLARI
Hazırlıq kurslarının cədvəli və keçirilmə saatları mütəxəssislərin kurslarda rahat və öz iş qrafiklərinə mane olmayacaq şəkildə iştirak edə bilmələri, həmçinin onların işdən ayrılmaması və gündəlik fəaliyyətdən qalmamaları məqsədilə bir neçə şəkildə təklif olunur. Belə ki, iştirakçılar aşağıda qeyd olunan vaxtlardan özlərinə daha uyğununu seçərək, tərəfimizdən təqdim olunan bir və yaxud bir neçə hazırlıq kursunda iştirak edə bilərlər:
  • Həftə içi 1 (bir) gün saat 9:00-dan 13:00-dək;
  • Həftə içi 2 (iki) gün saat 19:00-dan 21:00-dək;
  • Həftə sonu saat 9:30-dan 13:30-dək və ya 14:00-dan 18:00-dək.
Kurslar Caspian Plazada yerləşən, rahat və beynəlxalq standartlara cavab verən və hərtərəfli təchiz olunmuş GRBS® Tədris Mərkəzində keçiriləcək.

QEYDLƏR və TÖVSİYYƏLƏR

Mühasibat Uçotu (beynəlxalq, əsaslar) üzrə Milli Sertifikat və İdarəetmə Uçotu üzrə Milli Sertifikat hazırlıq kursları müvafiq olaraq ACCA Kvalifikasiyasının Financial Accounting (F3), Management Accounting (F2) səviyyəsinə uyğun olub, mühasibatlıq və maliyyə sahəsini yeni öyrənən və ya kifayət qədər təcrübəyə malik olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu kurslarda iştirak etmək üçün hər hansı təcrübə məhdudiyyəti yoxdur.

Vergi Uçotu üzrə Milli Sertifikat üzrə hazırlıq kursu Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi əsasında hazırlanmışdır və vergitutma sahəsini yeni öyrənən və ya kifayət qədər təcrübəyə malik olmayan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu kurslarda həmçinin iştirak etmək üçün hər hansı təcrübə məhdudiyyəti yoxdur.

Kommersiya Təşkilatları üçün Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom üzrə hazırlıq kursları isə mühasibatlıq və maliyyə sahəsində daha ali kurs olub, Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə ACCA Diplomu (ACCA Diploma in International Financial Reporting) kvalifikasiyasına uyğundur və həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Milli Maliyyə Hesabatı Standartlarını da tam şəkildə əhatə edir. Bu kurslar mühasibatlıq və maliyyə sahəsində ən azı 3 (üç) illik təcrübəyə və ya müvafiq ali təhsil və 2 (iki) illik müvafiq təcrübəyə malik şəxslər üçün nəzərdə tutulmuşdur.

QHT və Büdcə Təşkilatları üçün Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom üzrə hazırlıq kursları isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş Milli Maliyyə Hesabatı Standartlarına və beynəlxalq formatların tələblərinə əsasən hazırlanmışdır. Bu kurslar mühasibatlıq və maliyyə sahəsində ən azı 3 (üç) illik təcrübəyə və ya müvafiq ali təhsil və 2 (iki) illik müvafiq təcrübəyə malik şəxslər üçün nəzərdə tutulmuşdur.

Əgər iştirakçıların Beynəlxalq və Milli Maliyyə Hesabatı Standartları üzrə hazırlıq kurslarında iştirak üçün müvafiq təcrübəsi yoxdursa və/və ya kurs materialının mənimsəniləcəyinə əmin deyillərsə, o zaman iştirakçının ilk növbədə Mühasibat Uçotu üzrə Milli Sertifikat hazırlıq kursunda iştirakı zəruridir, İdarəetmə və Vergi Uçotu üzrə hazırlıq kurslarında iştirakı isə tərəfimizdən tövsiyə olunur.


QEYDİYYATI TƏXİRƏ SALMA / LƏĞV ETMƏ PROSEDURU
Müştəri hazırlıq kursunda iştirak etməmək üçün qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olduqda, o, bu barədə GRBS®-in Beynəlxalq Peşəkar Kvalifikasiyalar şöbəsinin təmsilçilərinə yazılı şəkildə bildirməlidir. Bildiriş kursun başlanma tarixindən ən azı 3 (üç) iş günü qabaqcadan həyata keçirilməlidir, əks halda kurs haqqının 30%-ni təşkil edən məbləğ həcmində cərimə ödənilməlidir.

BİZİMLƏ ƏLAQƏ
Təqdim etdiyimiz Unikal Tədris və Sertifikatlaşdırma Proqramı ilə bağlı hər hansı sualınız yaranarsa, milli.muhasibat@grbs.com elektron ünvanına yazaraq və ya 437 10 51 və ya 437 10 61 nömrələrinə zəng edərək GRBS® Tədris Mərkəzinin Beynəlxalq Peşəkar Kvalifikasiyalar Departamentinin əməkdaşlarına müraciət edə bilərsiniz.

BROŞÜR QEYDİYYAT
 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068