GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Anons
20.06.2010
  Növbəti CIMA CBA kursları İyul ayından başlayır
 
BROŞÜR ONLAYN QEYDİYYAT CIMA TUITION ƏLAQƏ
Hörmətli CIMA tələbəsi,
GRBS®, regionda ilk CIMA Learning Listed Tuition Provider statusunu almış bir tədris mərkəzi olaraq, Sizi CIMA Hazırlıq Kurslarına yazılmağa və beynəlxalq səviyyədə tanınmış təlimçilərimizin çoxillik təcrübələrindən bəhrələnməyə dəvət edir. Hazırlıq kurslarımızda iştirak etməklə Siz ilk cəhddən imtahanları uğurla keçmək şansını artırmış olursunuz.

CIMA Certificate in Business Accounting
İmtahan Tarix Cədvəl Vaxt Kursun Müddəti Ödəniş (AZN)
C01 FMA 03 İyul - 18 Sentyabr Hər Şənbə 14:00-18:00 48 saat 550
C02 FFA 12 Sentyabr - 18 Noyabr Hər Bazar 09:30-13:30 48 saat 590
C03 FBM 12 Sentyabr - 21 Noyabr Hər Bazar 14:00-18:00 44 saat 600
C04 FBE 03 Avqust - 12 Oktyabr Hər Çərşənbə axşamı və Cümə 19:00-21:00 44 saat 600
C05 FBLW 25 Sentyabr - 27 Noyabr Hər Şənbə 14:00-18:00 40 saat 550

Daha ətraflı məlumat üçün kursun adını seçin və ya Broşürü (PDF) yükləyin.

T4 və CBA İmtahanları

CIMA tərəfindən Kompüterləşdirilmiş İmtahanların təşkil edilməsi və idarə edilməsi üçün lisenziyalaşdırılmış GRBS® böyük məmnuniyyətlə sizi CIMA Certificate Level (C01-C05 fənləri) üzrə və həmçinin T4 (TOPCIMA) kompüterləşdirilmiş imtahanında iştirak etməyə dəvət edir. Siz kompüterləşdirilmiş imtahanları GRBS® CBE Mərkəzində keçə və imtahan cədvəlini özünüzə uyğun olaraq seçə bilərsiniz.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Endirimlər və güzəştlər
  • GRBS® eyni təşkilatı/şirkəti təmsil edən bir neçə iştirakçı üçün aşağıdakı endirimlər tətbiq edir: 2 iştirakçı 4%, 3 iştirakçı 6%, 4 iştirakçı 8%, 5-10 iştirakçı 10%, 10 və daha artıq iştirakçı üçün (daha ətraflı).
  • 16 yaşdan 23 yaşa qədər olan şəxslərə 15% endirim tətbiq edilir.
  • CIMA kvalifikasiyası üzrə hər ardıcıl kursda iştirak edənlərə 5%-lik endirim verilir (yalnız fiziki şəxslər üçün).
  • GRBS® Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulan imtiyazlı şəxslər üçün xüsusi endirimlər tətbiq edir (daha ətraflı).

"DOSTA TÖVSİYƏ"
  • Əgər Sizin tövsiyənizlə dostunuz/kolleqanız CIMA üzrə hazırlıq kursuna yazılsa, bu halda sizin hər biriniz üçün kursun dəyərindən 38 AZN çıxılacaq.
  • Kursun dəyərindən çıxılmış 38 AZN sizin iştirak etdiyiniz və ya gələcəkdə iştirak edəcəyiniz CIMA üzrə hazırlıq kursuna birbaşa sərf edilir.
  • Siz GRBS®-də keçirilən hazırlıq kurslarını iki nəfərdən artıq olmayaraq dostunuza və ya kolleqanıza tövsiyə edə bilərsiniz.
  • Bu kampaniya yalnız FİZİKİ ŞƏXSLƏRƏ (öz hesabına iştirak edən şəxslərə) tətbiq edilir.

MÜVƏFFƏQİYYƏTİN TƏMİNATI
Əgər BLOCK kursunda iştirak etmək üçün tövsiyələrimizə riayət etsəniz və aşağıdakı ÜÇ şərti təmin etsəniz, inanırıq ki, Sizin imtahanı müvəffəqiyyətlə verməyə əla şansınız var:
  1. BLOCK kursunda davamlı şəkildə iştirak etmək
  2. Hər iki Aralıq Testdə minimum 50% toplamaq
  3. Yoxlama imtahanında minimum 50% toplamaq
Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilərsə, LAKİN bununla belə tələbə imtahandan kəsilərsə, bu halda GRBS® tələbələrin təkrarən kurslarda iştirakını PULSUZ təmin edir və ikinci dəfə imtahanda iştirak etmək üçün təkrar qeydiyyat haqqını öz üzərinə götürür. Yuxarıda qeyd olunmuş hər üç şərt yerinə yetirilmədən, tələbə imtahandan kəsilərsə, tələbənin təkrarən kursda iştirakı kursun iştirak haqqının 50%-nı ödəməklə mümkün olacaq.

QEYDİYYATIN TƏXİRƏSALINMA/LƏĞV EDİLMƏ PROSEDURU
Müştəri hazırlıq kursunda iştirak etməmək üçün qeydiyyatını ləğv etmək, keçirilmə tarixini dəyişdirmək və ya qeydiyyatını digər hazırlıq kursuna keçirmək arzusunda olduqda, o, bu barədə GRBS® Beynəlxalq Peşəkar Kvalifikasiyalar departamentinin təmsilçilərinə yazılı şəkildə bildirməlidir. Bildiriş kursun başlanma tarixindən ən azı 7 (yeddi) iş günü qabaqcadan həyata keçirilməlidir, əks halda kurs haqqının 30%-ni təşkil edən məbləğ həcmində cərimə ödənilməlidir.

XARİCDƏN OLAN MÜŞTƏRİLƏR ÜÇÜN
Ödəniş Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş tarixində təyin etdiyi valyuta məzənnəsinə əsasən hesablanır. Bizim xaricdən və Azərbaycan Respublikası regionlarından gələn müştərilərimizin rahatlığı üçün biz öz üç ulduzlu Noah's Ark otelimizi təklif edirik. " Bizim təlimlərimiz/kurslarımız/tədbirlərimizdə iştirak edən ziyarətçilərə GRBS® 30%-lik eksklyuziv "Bilik Zəvvarı" endirimini təklif edir (daha ətraflı). Bu qiymətə səhər yeməyi, 18% ƏDV və digər xidmətlər daxildir. Ətraflı məlumatı növbəti saytdan əldə edə bilərsiniz. www.noahsark-hotel.com.

BROŞÜR ONLAYN QEYDİYYAT CIMA TUITION ƏLAQƏ
 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068