GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Anons
25.06.2010
  Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom kitabı artıq satışda!
 
BEYNƏLXALQ MALİYYƏ HESABATI STANDARTLARI
ÜZRƏ MİLLİ DİPLOM KİTABI
GRBS® Azərbaycan mühasibatlıq tarixində daha bir yeniliyə imza ataraq, ilk dəfə “BEYNƏLXALQ MALİYYƏ HESABATI STANDARTLARI ÜZRƏ MİLLİ DİPLOM” KİTABINI kütləvi şəkildə nəşr edərək satışa çıxarmışdır. Kitabı əldə edən şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Milli və Beynəlxalq Maliyyə Hesabatı Standartlarının praktiki şəkildə öyrənilməsi və tətbiqi üçün gözəl imkan əldə edəcəklər.

SATIŞ QİYMƏTLƏRİ

Kitab sayı (komplekt) 1 2 3 4 5-10 11-20 21-30 31-50 51-80 80-100 101~
Qiymət (AZN ilə) 116 111 109 107 104 99 93 87 81 75 70

Qeyd: Kitabların satışı zamanı agent kimi iştirak edəcək şəxslər üçün xüsusi endirimlər tətbiq olunur.

KİTAB HAQQINDA XÜLASƏ

Kitablar tam komplekt olaraq ümumilikdə 951 (doqquz yüz əlli bir) səhifə, 2 (iki) hissədən - Dərs Vəsaiti (ISBN 9789952813906)  və İmtahan Suallar Toplusundan (ISBN 9789952813913) ibarətdir. Kitablardan istifadə edən mühasib və auditorlar Milli və Beynəlxalq Maliyyə Hesabatı Standartları haqqında ətraflı bilik əldə etmək və öz peşəkar bacarıqlarını artırmaq imkanı əldə edirlər. Bununla yanaşı, onlar “BEYNƏLXALQ MALİYYƏ HESABATI STANDARTLARI ÜZRƏ MİLLİ DİPLOM” KİTABINDAN istifadə etməklə  respublikamızda və beynəlxalq aləmdə tanınan, Azərbaycan mühasibləri və auditorları üçün yaradılmış ilk və yeganə Milli Peşəkar Kvalifikasiya - Milli Mühasibatlıq Kvalifikasiyası üzrə milli sertifikatlaşdırıcı imtahanlara hazırlaşa bilərlər. Milli Sertifikatlaşdırıcı imtahanlar Azərbaycan Respublikası Auditorlar Palatası və GRBS® tərəfindən keçirilir və Milli Mühasibatlıq Kvalifikasiyasına sahib olmaq istəyən mühasib və auditorlar bu imtahanlarda iştirak edərək, uğurlu nəticə əldə etməlidirlər. Milli Mühasibatlıq Kvalifikasiyasına sahib olan mühasib və auditorlar öz bilik və peşakalığını respublikamızda və beynəlxalq aləmdə tanınan Diplomla təsdiq etmiş olurlar.

“Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom” kitabı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Müəlliflik Hüquqları Agentliyi tərəfindən qeydə alınıb (Şəhadətnamə nömrəsi №6016 və №6017; Qeydiyyat nömrəsi №04/c-4660-09 və 16/c-4661-09) və bütün müəlliflik hüquqları qorunur.


  

Bu linkin köməyi ilə Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom Dərs Vəsaitindən nümunə olaraq verilmiş fəsillə tanış ola bilərsiniz.


BİZİMLƏ ƏLAQƏ
Kitabları əldə etmək və/ və ya onların satışı zamanı agent qismində çıxış etmək istədikdə, o cümlədən sizi maraqlandıran suallara cavab tapmaq üçün aşağıda qeyd edilmiş kontaktlar vasitəsilə GRBS® Tədris Mərkəzinin Beynəlxalq Peşəkar Kvalifikasiyalar Departamentinin nümayəndələrinə müraciət edə bilərsiniz.

T: (+994 12) 437 10 51; 437 10 61; 437 32 61
E-poçt: milli.muhasibat@grbs.com
 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068