GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Xəbərlər
28.07.2010
  Bir daha təsdiqləndi – GRBS® yalnız beynəlxalq səviyyədə təsdiqlənmiş keyfiyyətli dərsliklərdən istifədə edir!
 
ACCA-dən 23 iyul 2010-cu il tarixində daxil olmuş məlumat bir daha sübut edir ki, GRBS® ACCA, ACCA DipIFR, CIMA, NEBOSH, SAPMilli Mühasibatlıq Kvalifikasiyalarının tədrisində dünyanın ən keyfiyyətli və tanınmış dərsliklərindən istifadə edir.

Belə ki, artıq 3 ildən çoxdur ki, GRBS® tərəfindən ACCA, CIMAMilli Mühasibatlıq Kvalifikasiyalarının tədrisində istifadə edilən BPP Learning Media nəşriyyatının dərslikləri ACCA-in ən yüksək statusuna, yəni Platinum satusuna layiq görülmüş ilk və yeganə (növbəti 3 il ərzində) dərsliklərdir.

Məlumatda göstərilir ki, 2011-ci ildən başlayaraq dünyanın 180-dən çox ölkəsində tanınmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (Assosiation of Chartered Certified Accountants (ACCA)) üçün dərslik nəşr edən təşkilatlar ən yüksək status sayılan “Platinum Publisher” və orta səviyyəli “Gold Publisher” olmaqla 2 mərhələli akkreditasiyadan keçiriləcəklər. Məlumatda həmçinin o da bildirilir ki, yalnız 1 Platinum Publisher olacaq ki, o da növbəti 3 il ərzində öz statusunu saxlayacaq.

Xüsusi ilə qeyd edilməlidir ki, GRBS® tərəfindən Milli Mühasibatlıq Kvalifikasiyasınınmüxtəlif mərhələlərinin, yəni Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar), İdarəetmə Uçotu üzrə Milli Sertifikat, Beynəlxalq Maliyyə Hesabatı Standartları üzrə Milli Diplom hazırlıq kurslarının tədrisi zamanı istifadə edilən dərsliklər də məhz BPP Learning Media tərəfindən ACCA Kvalifikasiyası üzrə hazırlanmış ingilis dilli dərsliklərin Azərbaycan dilinə GRBS® tərəfindən  ekskluziv rəsmi  tərcüməsi əsasında yaradılmışdır.
Məhz bu yaxınlarda GRBS® Azərbaycan mühasibatlıq tarixində daha bir yeniliyə imza ataraq, bu dərsliklər sırasından olan “BEYNƏLXALQ MALİYYƏ HESABATI STANDARTLARI üzrə MİLLİ DİPLOM” kitabını ilk dəfə kütləvi şəkildə nəşr edərək satışa çıxarmışdır. Kitabla tanış olmaq, həmçinin kitabı əldə etmək istəyən şəxslər bu linkdən ətraflı məlumat əldə edə bilərlər.
 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068