GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Xəbərlər
20.07.2010
  GRBS®-də ABŞERON Sosial Layihəsi çərçivəsində gənclər üçün seminar keçirilmişdir
 
Müxtəlif sosial layihələrə daima öz dəstəyini göstərən GRBS® bu günlərdə ABŞERON Sosial Layihəsi çərçivəsində keçirilən seminara ev sahibliyi etmişdir. Azərbaycanda Təbiətin Dostları təşkilatı tərəfindən dəstəklənən seminar, ekologiya, xüsusən də “Su” mövzusuna həsr olunmuşdur. Seminarda layihəyə cəlb olunmuş 20-dən artıq müxtəlif universitetlərdə təhsil alan istedadlı gənc iştirak etmişdir.

Xatırladaq ki, ABŞERON Sosial Layihəsi 2006-ci ildən etibarən hər il keçirilir. ABŞERON Sosial Layihəsinin əsas məqsədi – məlumat zənginliyi şəraitində Azərbaycanın istedadlı gənclərinin lazımlı biliklər ala bilməsinə yönəlmiş elmi informasiyaya sahib olmasını istiqamətləndirmək, habelə onların daha yüksək səviyyəli mütəxəssislər olaraq doğma Azərbaycanımızın davamlı iqtisadi qüdrətini dəstəkləməkdir. Bütün il boyu mütəmadi görüşlər təşkil etməklə, habelə gündəlik elektron yazışmalar aparmaqla, cəmiyyətimizi düşündürən müxtəlif sosial və ekoloji problemlər gündəmə gətirilir. Həmçinin yaradıcı potensialı yüksək olan gənclərin kreativ ideyalarına dəstək verilir.

Layihənin təşəbbüskarı Bakı Dövlət Universitetinin baş müəllimi Lalə Bayramova seminarın sonunda “Su” ilə bağlı müxtəlif mühüm məsələləri əhatə edən seminarın iştirakçı gənclər üçün olan əhəmiyyətindən danışmışdır. Xanım Bayramova həmçinin bu seminarın uğurla baş tutması ilə bağlı GRBS®-ə də öz minnətdarlığını bildirmiş və gələcəkdə layihə çərçivəsində daha sıx əməkdaşlıq ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068