GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Xəbərlər
27.07.2010
  GRBS®-in VIP müştəriləri İlk Tibbi Yardım təlim kursunu uğurla keçmişlər
 


Fəaliyyət göstərdiyi sahələrdə regionun novatoru və lideri olan GRBS® müxtəlif vaxtlarda çoxsaylı sosial layihələrdə fəal şəkildə iştirak etmişdir. Bu fəaliyyətin davamlılığını təmin etmək məqsədilə GRBS® 2009-cu ilin aprelində özünün VIP müştəri adı altında yeni bir sosial təşəbbüsünə başladı. Digər təşkilatlardan fərqli olaraq, GRBS® VIP anlayışını kökündən dəyişmiş və özünün ən vacib müştərilərinin (VIP) məhz internat məktəblərinin məzunları, uşaq evlərini tərk etmiş 16-24 yaşında olan yeniyetmə və gənclər olduğunu elan etmişdir. Təşəbbüsün əsas məqsədi odur ki, VIP müştərilər GRBS®-in müxtəlif təlim və kurslarında pulsuz iştirak etsin və GRBS® onların müxtəlif kommersiya və qeyri-kommersiya təşkilatlarında işlə təmin olunmasına öz yardımını göstərsin.



Artıq bir ildən artıqdır ki, uğurla həyata keçirilən bu təşəbbüs irəli sürülərkən hər hansı bir zaman məhdudiyyəti qoyulmamış və bu proqramın davamlı şəkildə inkişaf etdirilməsi qarşıya məqsəd qoyulmuşdur. Bu günlərdə proqram çərçivəsində VIP müştərilər GRBS®-də təşkil edilən növbəti bir təlim kursuna cəlb olunmuşlar. Belə ki, 19-20 iyul 2010-cu il tarixində “Bədbəxt Hadisələr və Fövqəladə vəziyyətlər zamanı ilk tibbi yardım” təlimi keçirilmiş təlimdə müxtəlif təşkilatların nümayəndələri ilə yanaşı GRBS®-in VIP müştəriləri də iştirak etmişdilər. Təlimdə iştirakçılara ilk tibbi yardımı göstərməyin ümumi prinsipləri, zərərçəkənin ilkin müayinəsi, süni tənəffüsün verilməsi, ürək qan-damar sistemi ilə tanışlıq, yanıqlar, qanaxma, şok olma, elektrik cərəyanı vurma, quduz heyvanların dişləməsi, boğulma və digər hallarda ilk tibbi yardımın göstərilməsi kimi mövzular müxtəlif praktik materiallardan istifadə edilməklə tədris olunmuş və iştirakçıların birbaşa cəlb olunması ilə müxtəlif praktik tapşırıqlar həyata keçirilmişdir. Təlimin sonunda iştirakçılara GRBS®-in ekspert-konsultantı Zərifə Hüseynova tərəfindən 3 illik müddəti əhatə edən GRBS®-in beynəlxalq statuslu sertifikatları təqdim olunmuşdur. Zərifə Hüseynova auditoriyanın çox maraqlı olduğunu qeyd etmiş və təlim zamanı göstərdikləri fəallığa görə hər bir təlim iştirakçısına öz təşəkkürünü bildirmişdir. Sertifikatların təqdimetmə mərasimində çıxış edən GRBS®-in təlim koordinatoru İlham Yusifov GRBS® tərəfindən VIP müştərilərə daima doğma münasibət olduğunu və onlara qarşı diqqətin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. O, peşəsindən asılı olmayaraq hər bir şəxs üçün vacib olan bu mövzular üzrə biliklərə yiyələnməyin vacibliyinə toxunmuş və sertifikatlar təqdim olunan hər bir iştirakçını təbrik etmişdir.



Xatırladaq ki, təşəbbüs başlandığı andan indiyə qədər “SOS Uşaq Kəndləri” Assosiasiyası, “Ümid Yeri” Uşaq Sığınacağı və Reabilitasiya Mərkəzi, “DAN” Beynəlmiləlçi Gənclər İctimai Birliyi, Quba Xüsusi İnternat məktəbi, Bakı 3 saylı uşaq evi və Bakı 2 saylı, 7 saylı və 16 saylı internat məktəblərindən 81 VIP müştəri layihəyə cəlb olunmuşdur. Seçilmiş hər bir müştəri kompyuterləşdirilmiş xüsusi psixoloji testləşdirmədən keçirilmiş və hər bir yeniyetmə və gənc ilə ayrılıqda GRBS®-in idarəetmə, psixologiya, insan resursları və karyera üzrə ekspert-konsultantları müsabihə aparmış və onların psixoloji test nəticələri və müsahibələrinə əsaslanaraq hər biri üçün münasib peşə istiqamətləri məsləhət görülmüşdür. Hər bir VIP müştəri üçün təklif edilən peşələr üzrə təlimlərin siyahısı tərtib olunmuş və onlara xüsusi kuponlar təqdim edilmişdir.

Məhz tərtib olunmuş siyahı üzrə bir il ərzində VIP müştərilər korporativ və açıq təlimlər formatında GRBS® tərəfindən təşkil olunmuş təlim və kurslarda iştirak etmişdilər. Sevindirici haldır ki, bu təşəbbüs çərçivəsində təlim kurslarını uğurla keçən və yeni biliklərə yiyələnən bir neçə gənc artıq işlə təmin olunmuşdur.

Sonda GRBS® olaraq ümid edirik ki, bizim VIP təşəbbüsümüz daha çox VIP müştərinin cəlb olunması və onların təlimatlandırılıb işlə təmin olunması ilə bundan sonra da uğurla davam edəcək və respublikamızda fəaliyyət göstərən təşkilatlar da bizimlə bu təşəbbüs çərçivəsində əməkdaşlıq etməkdə daha da maraqlı olacaqlar.
 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068