GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Xəbərlər
16.06.2010
  GRBS®-də keçirilən “Ziyalı Ünsiyyətində” dünya şöhrətli Alim Qasımov qonaq olmuşdur
 


Öz fəaliyyətini tək biznes sektoru ilə məhdudlaşdırmayan GRBS® daima ictimai sektor ilə sıx əməkdaşlıq edir və cəmiyyətin sosial həyatında fəal roy oynamağa çalışır. Buna bariz nümunə olaraq GRBS®-in "İRƏLİ" İctimai Birliyi, "Birliyə Doğru" İctimai Birliyi, "SOS" Uşaq Kəndləri və digər ictimai təşkilatlarla olan sıx əməkdaşlığını göstərmək olar. GRBS®-in ictimai sektordan yaxından əməkdaşlıq etdiyi təşkilatlardan biri də “Aydınlığa Doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyidir. Müxtəlif layihələr çərçivəsində əməkdaşlıq edən hər iki təşkilat artıq ikinci aydır ki, birgə “Ziyalı Ünsiyyəti” layihəsini də uğurla həyata keçirməkdədirlər.

14 iyun 2010-cu il tarixində GRBS®-də “Ziyalı Ünsiyyəti” layihəsi çərçivəsində cəmiyyətin müxtəlif sahələrində kifayət qədər uğur qazanmış ziyalıların iştirakı ilə muğam sənətinə həsr olunmuş görüş keçirilmişdir. Görüşdə qonaq qismində dünya şöhrətli xanəndə və muğam ustası Alim Qasımov, onun həyat yoldaşı Tamella Qasımova və qızı xanəndə Fərqanə Qasımova iştirak etmişlər.

Tədbiri giriş sözu ilə “Aydınlığa Doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli açmışdır. Solmaz xanım “Ziyalı Ünsiyyəti” layihəsi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd etmişdir. Daha sonra GRBS®-in rəhbəri Bəhram Qurbanov çıxış etmişdir. Bəhram Qurbanov başda Alim Qasımov olmaqla tədbirdə iştirak edən bütün qonaqları salamlamış və onları GRBS®-də gördüyündən çox məmnun olduğunu və iftixar hissini keçirdiyini bildirmişdir. O qeyd etmişdir ki, rəhbərlik etdiyi təşkilatın əsas missiyası məhz insanları maarifləndirmək, onları ziyalılaşdırmaqdır. Bu missiyaya sadiq qalaraq GRBS®-in “Aydınlığa Doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin bu layihəsini daima dəstəklədiyini və hər zaman bu kimi görüşlərin təşkilində böyük məmnuniyyətlə iştirak etdiyini bildirmişdir.



Bəhram Qurbanov bu tədbirin 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinə toxunmuş və hazırda ölkəmizdə ziyalılara göstərilən hörmətin yüksək səviyyədə olmasında müasir Azərbaycanın banisi Heydər Əliyevin 1993-cu ildə xalqın böyük təkidi və istəyi ilə yenidən hakimiyyətə gəlməsinin müstəsna və əvəzolunmaz rolunun olduğunu qeyd etmişdir.

Açılış çıxışlarından sonra mövzuya giriş üçün söz sənətşünaslıq elmləri doktoru, professor Sevil Fərhədovaya verilmişdir. Sevil xanım muğamın insan təfəkkürünə təsirini nəzəri baxımdan geniş şəkildə izah etmiş və öz mülahizələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. O Alim Qasımovun muğamlarında olan ən incə məqamlara toxunmuş və onun sənətinin dünya miqyasında ölkəmizin incəsənətinin təbliğində böyük rol oynadığını bildirmişdir. Təbdirə qonaq qismində dəvət olunmuş Alim Qasımov da tədbirin təşkili üçün təşkilatçılara öz minnətdarlığını bildirmiş və bu görüşdən böyük zövq aldığını xüsusilə qeyd etmişdir.

Təbdirdə iştirak edən fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, Bakı Dövlət Konservatoriyasının dosenti Zümrüd Dadaşzadə, yazıçı, sənətşünas, etnoqraf Sara Oğuz, fəlsəfə elmləri doktoru, professor Əhməd Qəşəmoğlu, Respublikanın əməkdar memarı Sabir Orucov, kinorejissor Elçin Musaoğlu, Bakı Dövlət Universitetinin kafedra müdiri Möminət Məmmədova, Neftçi Qadınlar Cəmiyyətinin sədri Solmaz Hacıyeva, öz mükəmməl ifası ilə daima ölkəmizin bayrağını uca edən Azərbaycanın əməkdar artisti Azərin və müxtəlif peşə sahibləri olan digər qonaqlar Azərbaycan muğamının qədimliyindən, zənginliyindən söz açmış və bu incəsənət nümunəsini dünyaya tanıtmaqda böyük rolu olan Alim Qasımova öz təşəkkürlərini bildirmişlər. Tədbir iştirakçıları həmçinin Alim Qasımov və onun sənəti haqqında ən xoş sözlərini çatdırmış və böyük həyacanla onun sənətinə olan sevgilərini etiraf etmişlər.

Tədbir zamanı həmçinin Alim Qasımov və Fərqanə Qasımovanın dünyanın müxtəlif məkanlarında olan çıxışlarından ekslyuziv parçalar göstərilmişdir. Səmimi və maraqlı fikirlərin paylaşıldığı tədbirin sonunda GRBS® və “Aydınlığa Doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi tərəfindən tədbirin qonaqlarına xatirə hədiyyələri təqdim edilmişdir.

Xatırladaq ki, GRBS® və “Aydınlığa Doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin Ziyalı Ünsiyyəti layihəsi çərçivəsində növbəti tədbirlər sentyabr ayından davam etdiriləcəkdir.

 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068