GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Xəbərlər
10.03.2010
  Mühasibat Uçotu üzrə Milli Sertifikatların növbəti sahiblərinin adları açıqlandı.
 


28 fevral 2010-cu il tarixdə Beynəlxalq Mühasiblər Assosiyasının (IFAC) üzvü Azərbaycan Respublikası Auditorlar Palatası və ACCA-in Azərbaycanda Akkreditə olunmuş ilk və yeganə Tədris Partnyoru GRBS® tərəfindən keçirilən növbəti Mühasibat Uçotu üzrə Milli Sertifikat imtahanının nəticələri rəsmi olaraq açıqlanıb. Milli Mühasibatlıq Kvalifikasiyasının imtahanlarından olan bu imtahanda iri kommersiya və qeyri-hökümət təşkilatları, o cümlədən dövlət qurumları və maliyyə institutlarını təmsil edən 46 namizəddən 31 nəfər (67%) ümumi 90 baldan, keçid balı olan 45 və daha çox bal toplamaqla uğurlu nəticə əldə edib.

Qeyd edək ki, Milli Mühasibatlıq Kvalifikasiyası - Azərbaycanda Mühasib və Auditorlar üçün beynəlxalq səviyyədə tanınan ilk və yeganə milli peşəkar kvalifikasiyadır. Mühasibat Uçotu üzrə Milli Sertifikat proqramının iştirakçıları maliyyə hesabatlarının məzmunu və məqsədləri, ikili qeydiyyat sisteminin tətbiq edilməsi və mühasibat uçotu sistemi, əsas maliyyə hesabatlarının tərtib edilməsi və sairə istiqamətlərdə mühüm biliklər əldə edirlər. Azərbaycan və rus dilli Milli Mühasibatlıq Kvalifikasiyası üzrə unikal tədris və milli sertifikatlaşdırma proqramını təqdim edən GRBS® və Azərbaycan Respublikası Auditorlar Palatası, həmçinin əvvəlki imtahanda uğurlu nəticə əldə etməyən iştirakçılar üçün yenidən Mühasibat Uçotu üzrə Milli Sertifikat əldə etmək imkanı yaradır.

Sonda vurğulayaq ki, bu milli sertifikat mühasiblər və auditorlar üçün nəinki ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınan nüfuzlu sənəddir. Məhz Mühasibat Uçotu üzrə Milli Sertifikat onu əldə edənlərin gələcək uğurları üçün qızıl açar olacaq.
 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068