GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Xəbərlər
16.02.2010
  Qarın yağmasına, yolların buz bağlamasına və digər maneələrə baxmayaraq GRBS® Açıq Qapılar günü uğurla keçdi.
 



Fevralın 6-sı Bakıda qarın yağmasına və yolların buz bağlamasına baxmayaraq GRBS® Açıq Qapılar Günü böyük uğurla baş tutdu. Gözlənildiyi kimi, həmin gün müxtəlif bankların sığorta şirkətlərinin, maliyyə, audit, istehsalat və hökumət qurumlarının başçıları, həmçinin Kommunikasiya və Energetika sahələrinin nümayəndələri GRBS® şirkətində təşkil olunmuş tədbirdə iştirak etdilər.

"Düzü, biz havanın bizim planları pozacağına və dəvət olunmuş şəxslərin belə havada tədbirə gəlməyəcəyinə görə bir az narahat idik. Çox sevinirik ki, nə qarlı hava, nə də buzlu yollar bizim dostların, müştərilərin və ümumiyyətlə Azərbaycan gənclərinin yeni biliklər əldə etmək istəyini azalda bilmədi", - tədbirin proqram üzrə koordinatoru cənab Məmmədov qeyd etdi.

GRBS® əməkdaşları peşəkar təhsil, təlim, beynəlxalq ixtisaslaşdırma, psixotexnologiyalar və İnsan Qaynaqları, iş yerlərinin attestasiyası istiqamətləri üzrə ətraflı təqdimat keçirdilər və qonaqların suallarını cavablandırdılar.

"GRBS® tərəfindən keçirilən peşəkar təlimlər haqqında məlumatla həmişə maraqlanmışam. Prinsip etibarilə şirkətin rəsmi internet saytında bütün təlim və istiqamətlər haqqında çox geniş məlumat yerləşdirilib, lakin bu kollektivlə, təlimçi və mütəxəssislərlə üzbəüz ünsiyyətə girməyin yerini vermir. Əslində bir çoxları bura gəlib bütün günü məşğul olan insanlara sual verməyə çəkinirlər. Burada hamı istənilən suallara cavab verir. Şəxsən mən bu cür imkanı əldən verə bilməzdim", GRBS® Açıq Qapılar Gününə gələn qonaqlardan biri bildirdi.

"GRBS® tərəfindən təşkil olunan "Açıq Qapılar Günü" mənim gözlədiklərimi üstələdi. Mən burada bir çox yeniliklər öyrəndim, öz işçilərimizin təcrübəsini artırmaq üçün yeni imkanlarla tanış oldum və özüm də bir çox təlimlərlə maraqlandım", Günel Abbasova -"Paşasığorta" şirkətinin İnsan Qaynaqları Departamentinin nümayəndəsi vurğuladı.

"Qonaqlar GRBS® şirkətinin yeni layihələri, təklif və planları ilə tanış olduqdan və bütün suallara cavab aldıqdan sonra, tədbir "Mühasibat Uçotu üzrə Milli Sertifikat (beynəlxalq, əsaslar)" və "Beynəlxalq Mühasibat Uçotu Standartları üzrə Milli Diplom" mühasibatlıq kursları üzrə imtahanları uğurla vermiş şəxslərə beynəlxalq diplom və sertifikatların təqdimatı mərasimi ilə davam etdi." Milli sertifikat və diplomları Azərbaycan Respublikasının Auditorlar Palatasının Prezidentinin məsləhətçisi Nəcəf Talıbov öz sahiblərinə təqdim etdi.

"Çox xoşdur ki, milli sertifikat və diplomların verilməsi belə bir günə təsadüf edir. Geniş auditoriya, diplom və sertifikatların GRBS® və Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmiləri tərəfindən verilməsi elə təntənəli mühit yaratdı ki, mən özümü xoşbəxt hiss etdim. Bundan başqa, bu tədbir GRBS® şirkətinin digər imkanları haqqında öyrənmək üçün mənə şərait yaratdı və mən bu imkanlardan gələcəkdə istifadə etmək fikrindəyəm. Bir çox kurslar mənim marağımı cəlb edir və mən öz peşəkar təhsilimi və ixtisasımın artırılmasını məhz GRBS® şirkətində davam etdirmək istəyirəm", ACCESS Bankın nümayəndəsi Emil Nəzərov qeyd etdi.

Günün sonunda GRBS® qonaqları təşkilatçılarla furşet ətrafında qeyri-rəsmi müzakirələr apardılar.

 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068