GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Xəbərlər
05.01.2010
  GRBS® Azərbaycan gənclərinin intellektual səviyyələrinin artırılması və bu işdə onlara dəstək olmaq baxımından öz fəaliyyət kursunu davam etdirir.
 

Təhsil xidmətləri sahəsində region üzrə lider olub, burada böyük potensial və dinləyici auditoriyasına malik GRBS®, Azərbaycan gənclərinə dəstək siyasətini genişləndirməkdə davam edir.

Bu siyasət çərçivəsində, GRBS® 15 və 23 yaş arasında olan tələbələrə 15%-lik daimi endirim təyin etmişdir. Bununla yanaşı GRBS® özünün VİP müştərilərinin (uşaq evləri və internat məzunları) təmənnasız təhsilini də davam etdirir.

Müştərilərinin gənclərdən ibarət auditoriyasını genişləndirmək və eyni zamanda gənclər üçün yaradılmış sərfəli şərtlər barədə onları məlumatlandırmaq məqsədi ilə GRBS® -in rəhbərliyi dövlətin ali təhsil müəssisələrində tələbələrlə bir sıra görüşlər keçirmək qərarına gəlmişdir. İlk görüşlər keçən ilin dekabr ayının sonlarında Azərbaycan Dövlət İqtisad Universitetinin 400 nəfərdən çox auditoriyası qarşısında keçirilmişdir. GRBS®-in rəhbəri Bəhram Qurbanov tərəfindən keçirilən təqdimat böyük uğurla baş tutmuş və nəinki tələbələrin, ölkənin aparıcı universitetlərindən biri olan İqtisad Universitetinin müəllimlərinin də maraq obyektinə çevrilmişdir.

Tələbələrə GRBS®-in fəaliyyət sahələri, keçirilən təlimlər və tələbələr üçün yaradılmış xüsusi şərtlər barədə tam məlumat təqdim olunmuşdur. Onlardan bir neçəsinə biliklərini daha dəqiq  hansı istiqamətdə inkişaf etdirməli olduqları, gənclər üçün hazırkı zamanda iqtisadiyyatın hansı istiqamətinin daha perspektivli olduğu barədə məsləhətlər verilmişdir. Təklif olunan təlimlərdə iştirak etməklə tələbələr iqtisadiyyatın bu cür perspektivli sahələrinə inteqrasiyalarını asanlaşdıra bilərlər.

Tələbələr qarşısında çıxış edərkən Bəhram Qurbanov tribuna və mikrofondan imtina etdi. “Mən sizinlə bərabər səviyyədə ünsiyyət qurmaq və sizə daha yaxın olmaq istəyirəm” – B.Qurbanov qeyd etdi və bu addım auditoriya tərəfindən gur alqışlarla qarşılandı. Çıxışın sonunda isə auditoriya əmin oldu ki, 400 nəfərdən çox dinləyici qarşısında mikrofonsuz, universitetin sahəsi 800 m2-dən çox olan əsas akt zalında çıxış etmək mümkündür. Bu liderin səsinin düzgün çatdırılması üzrə GRBS®-də keçirilən yüksək professional və dünya səviyyəli təlimlərə real bir nümunədir. Çıxış zamanı Qurbanov bir daha qeyd etdi ki, əgər tələbələr arasında internat və uşaq evlərinin məzunları varsa, onlar bizim VIP müştərilərimizdirlər və istənilən təlimdə pulsuz iştirak edə bilərlər.

Öz çıxışının sonunda GRBS®-in rəhbəri Bəhram Qurbanov, tələbələrlə və  Universitetin müəllimləri ilə görüş keçirmək üçün yaradılmış imkana görə ADİU-nun Tələbə Gənclər Təşkilatının sədrinə öz minnətdarlığını bildirmişdir.

“Bu cür görüşlər bizim üçün çox vacibdir -deyə, Bəhram Qurbanov qeyd etdi, - biz daima cəmiyyətlə əlaqədə olmağa, ən əsası isə ölkə gənclərinin intellektual səviyyələrinin artırılmasına dəstək olmağa  çalışırıq. Bundan başqa, biz gənclərin ehtiyacları ilə də maraqlanırıq ki, onları müvafiq şəraitlə təmin edək və yalnız bizim onlara təklif etdiyimizi deyil, həmçinin onların istədiklərini də əldə etmələrinə yardımçı olaq.”  

Universitetin tələbələri və nümayəndələri də öz növbələrində qeyd etdilər ki, bu cür görüşlər çox əhəmiyyətlidir, belə ki, bu zaman tələbələr perspektivlər və mümkün əlavə professional təhsil barədə və eləcə də bilik və bacarıqların universitet hüdudları xaricinə də artırılması haqqında ətraflı məlumat əldə edirlər. Qeyd etmək lazımdır ki, bu professional təhsil beynəlxalq səviyyədə tanınır və akkreditasiya olunur. Təşkilatın nümayəndələri ilə şəxsi görüşdən sonra GRBS®-də təhsilin səviyyəsi haqqında tam təəssürat əldə etmək olar. “Üzbəüz söhbət rəsmi reklamdan həmişə daha üstün tutulur”- ADİU tələbələrindən biri qeyd etmişdir. 

GRBS® bundan sonra da nəinki paytaxtda, həmçinin Azərbaycan Respublikasının regionlarında da tələbələrlə görüşləri davam etdirmək niyyətindədir.

 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068