GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Xəbərlər
29.06.2007
  GRBS® - ISO 9001:2008 Sertifikatına layiq görüldü
 

Biznes xidmətləri sektorunda liderliyi qarşısına məqsəd qoyan GRBS® şirkəti keyfiyyətdə  uğur qazanmaqla buna nail oldu. Keyfiyyətin fasiləsiz inkişaf edən bir proses olduğuna inanan şirkət güclü keyfiyyət idarəetmə sistemi yaratmaqla  2007–ci ildə  "Moody International Certification Ltd" audit şirkəti tərəfindən dünyada bütün sahələrdə keyfiyyətin dəyər ölçüsü kimi qəbul olunan  ISO 9001:2008 keyfiyyət nişanına layiq görüldü.

 

Qeyd edək ki, biznes bazarında “SIFIR XƏTA, 100% KEYYFİYYƏT” prinsipi ilə çalışan GRBS® şirkəti müştərilərinə əsasən 3 istiqamət  - Təlim, İş yerlərinin Attestasiyası və Psixoloji Texnologiyalar üzrə  xidmətlər təklif edir. ISO 9001:2008 keyfiyyət standartı şirkətin bu istiqamətlərdə göstərdiyi  hər bir xidmətə şamil edilir. 

 

GRBS® şirkətin Tədris Mərkəzində yüksək səviyyəli mütəxəssislər tərəfindən biznesdə uğur qazanmağın yollarını göstərən müxtəlif treninqlərlə yanaşı, 100 ildən artıq mühasibatlıq və maliyyə kvalifikasiyaları sahəsində, dünyanın ən böyük və ən sürətlə inkişaf edən ACCA beynəlxalq mühasibat təşkilatın imtahanlarına hazırlıq kursları da keçirilir. Bundan əlavə  dünya biznes məktəblərinə və aparıcı universitetlərə daxil olmaq üçün hazırlıq üzrə ixtisaslaşan,  ölkəmizdə ilk tədris mərkəzi kimi məhz GRBS®-in nəzdində fəaliyyət göstərir ki, burada  da müştərilərə SAT, LSAT, GRE, TOEFL, GMAT, IELTS proqramları tədris olunur.

 

GRBS® şirkətinin Sanitar-Gigiyena Laboratoriyası AZS Mili Sertifikatlaşdırma Sistemində Texniki Səlahiyyətliliyə və Müstəqilliyə Akkreditasiya olunmaqla yanaşı, Azərbaycanda ISO 9001:2008 keyfiyyət standartına cavab verən 1-ci sanitar-gigiyena laboratoriya oldu. Laboratoriyanın əsas fəaliyyət planına iş yerlərində təsadüf edilən fiziki, kimyəvi, psixofizioloji faktorların təyini, ölçülməsi, qiymətləndirilməsi və aşkar olunan nəticələrə əsasən yol verilən hədd konsentrasiyadan artıq olduğu təqdirdə sağlamlaşdırıcı tədbirlərin işlənib hazırlanması, iş yerlərində iş şəraitinin Əmək Məcəlləsinin müvafiq maddələrində və Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli qərarınada nəzərdə tutulan normalara uyğunluğunun öyrənilməsi məqsədilə iş yerlərində attestasiyasının həyata keçirilməsi, layihə və tikinti sənədlərinin ekspertizası, qiymətləndirilməsi və sairə daxıldir.

 

GRBS® şirkətinin Psixoloji Texnologiyalar şöbəsi isə insan resurslarının idarə edilməsi istiqamətində psixoloji xidmətin tam spektrini həyata keçirir. Psixoloji diaqnostika, psixoloji təlım, komandanın formalaşdırılması, stres audit, psixoloji reabilitasiya xidmətləri ilə şöbə biznesə təsir göstərən mənfi psixoloji faktorların aradan qaldırılmasında, düzgün psixoloji mühit yaradılmasında müştərilərə yardımçı olmaqla biznesdə uğurun maksimuma çatdırılmasına güclü təsir göstərir.

 

Bütün bunlara baxmayaraq GRBS® keyfiyyət idarəetmə sistemini daim yaxşılaşdırmaq və inkişaf etdirmək məqsədilə idarəetmədə müasir yanaşmanı tətbiq etmək, müasir avadanlıq və informasiya texnologiyalarından istifadə, xidmətlərin keyfiyyətinə təsir edə biləcək bütün prosesləri davamlı və fasiləsiz yaxşılaşdırmağı prioritet götürərək Müştərilər məmnunluğunu, Müştəri inamını hər şeydən önə çəkir.

 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068