GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  ATTESTATION  
Fəaliyyətimiz
  Ölçmə Faktorları
  Konsultasiya
  İxtisaslaşdırılmış Təlimlər
  Xidmətlərin Qiymətləri
   

FƏALİYYƏTİMİZ

“G&R Business Services” MMC-nin (GRBS®) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS Milli Sertifikatlaşdırma Sistemində Texniki Səlahiyyətliliyə və Müstəqilliyə Akkreditasiya olunmuş (Attestat №AZ 031.01.10.0219.07) Sanitar-Gigiyena Laboratoriyası şirkət/müəssisə, idarə və təşkilatlar üçün aşağıdakı xidmət paketini təqdim edir:

  • Əməyin ağırlığı, əməyin gərginliyi, fiziki, kimyəvi və psixofizioloji faktorların müasir cihaz və avadanlıqlar vasitasilə beynəlxalq standartların norma və tələblərinə uyğun müayinəsi və ölçülməsi aparılaraq rəsmi rəyin verilməsi, əmək şəraiti üzrə iş yerlərinin attestasiya xəritəsinin və protokollarının tərtib edilməsi;
  • Laborator analiz və ölçmələrin nəticələrinə əsasən əmək şəraitinin sanitar-texniki vəziyyəti haqqında pasportların tərtib edilməsi;
  • İş yerlərinin attestasiyasının aparılması və attestasiya sənədləri ilə yanaşı, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması məqsədi ilə tədbirlər planının hazırlanması.

MƏQSƏDİMİZ

İş yerlərində sağlam və təhlükəsiz iş şəraitinin təmin olunmasında Sizə yardımçı olmaq.

XİDMƏTİMİZİN ÖNƏMLİYİ

İş yerlərinin attestasiyası Sizə fəaliyyət göstərdiyiniz sahədə daim ön sırada yer tutmaqda, ISO 14001:2004 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə cavab verməkdə, fəhlə və qulluqçuları iş şəraitinin qüvvədə olan sanitar norma və qaydalarına, əməyin mühafizəsi, təhlükəsizliyi qaydalarına uyğun iş yerləri ilə təmin etməkdə yardımçı olacaq. 

ƏSASLANDIĞIMIZ HÜQUQİ SƏNƏDLƏR

  • Azərbaycan Respublikasının Konstitusiyası;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında" müvafiq Qərarı.

FƏALİYYƏTİMİZİN LEGİTİMLİYİ

AZS Milli Sertifikatlaşdırma Sistemində

ISO 9001:2000 Sertifikatı

Texniki Səlahiyyətliliyə və Müstəqilliyə

Qeydiyyat №-si 22068

Akkreditasiya Attestatı

Sertifikatlaşdırıcı Orqan № 014

 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068