GRBS | TƏLİMLƏR | HR-TECH | ATTESTASİYA | MİLLİ MÜHASİBATLIQ | ACCA | CIMA | SAP | TOEFL | IELTS | GMAT | GRE | LSAT | İNGİLİS DİLİ KURSLARI |
 
 
  Mənim Karyeram  
Mənim Karyeram
  İşgüzar Tələbə
  Məzuna Dəstək
  Bizim Əsgər
  Sinerji
  Peşəkar Təlimçi
  Xarici Dost
  İşə Düzəlmə Prosedurları
   
Qlobal səviyyədə öz lider və novator fəaliyyəti ilə daima fərqlənən GRBS® sizlərə öz karyerınızı GRBS® vasitəsilə qurmaq üçün geniş imkanlar təklif edir. Əgər siz uğurlu karyera qurmaq arzusundasınızsa və ya karyera inkişafında tənəzzül anındasınızsa və ya ola bilsin ki, qurduğunuz uğurlu karyeranızda daha da müvəffəqiyyətli olmaq niyyətindəsinizsə onda GRBS®-in sizlərə təklif etdiyi müxtəlif istiqamətli karyera imkanları ilə tanış ola bilərsiniz.
İŞGÜZAR TƏLƏBƏ
GRBS® uğurlu karyera qurmaq niyyətində olan tələbə və magistrlər üçün özünün İşgüzar Tələbə paketini təqdim edir. Universitetdə təhsil almağınız sizə işləməyə mane olmursa və siz hələ tələbə olarkən iş mühiti və iş prosesi ilə yaxından tanış olub öz karyeranıza tələbə olarkən başlamaq istəyirsinizsə onda bu paketin imkanlarından yararlanmağa çalışın.
MƏZUNA DƏSTƏK
Ali təhsilini uğurla başa vuran hər bir gəncin arzusu oxuduğu müddətdə qazandığı nəzəri bilikləri öz karyerasının başlanğıcında praktik şəkildə tətbiq etmək imkanını qazanmaqdır. Bu imkanı məhz GRBS® Məzuna Dəstək paketi ilə sizə təklif edir. Bu paket Azərbaycanda və xaricdə ali təhsil almış və geniş təcrübəyə malik gənclərə peşəkar iş mühitində çalışıb uğurlu karyera qurmağa yönəli təklif edilir.
BİZİM ƏSGƏR
Hərbi xidmət dövründə əsasən fiziki məşğələlərə öz enerjisini sərf edən gənclər, həmçinin daimi yaşadığı mühitdə baş verən yeniliklərdən də tam şəkildə məlumatlı olmurlar. Belə bir şəraitdə gənclərin əksəriyyəti hərbi xidmətdən sonrakı ilk aylarda yaşadığı mühitə, xüsusən də iş mühitinə uyğunlaşmaqda çətinliklərlə üzləşirlər. GRBS® bunu anlayaraq və vətənimizin keşiyini çəkmiş gənclərə böyük dəyər verərək hərbi xidmətdən yenicə təxris olunanlar üçün Bizim Əsgər paketini təklif edir. Əgər siz yenicə əsgərlik dövrünüzü başa vurmusunuzsa və hərbi xidmət öncəsi malik olduğunuz bilik və təcrübəni bərpa edib yaşadığımız mühitdə baş verən yeni proseslərə tez bir vaxtda effektik şəkildə uyğunlaşmaq istəyirsinizsə onda bu paketin sizə yaratdığı imkanlardan yararlanıb bizimlə bir komandada olmaq şansınızı itirməyin.
SİNERJİ
Yaşadığımız cəmiyyətdə bizim əhatəmizdə müəyyən fiziki çatızmamazlıqları olan elə insanlar vardır ki, onların karyera dəstəyinə ehtiyacları vardır. Məhz bunu nəzərə alaraq GRBS® əlillik kateqoriyasına daxil olan insanlar üçün Sinerji paketini təqdim edir. Bu paket sizə kompleksi bir kənara ataraq uzun karyera yolunuzda uğurla və inamla irəliləməyə kömək edəcəkdir.
PEŞƏKAR TƏLİMÇİ
Daima təklif etdiyi xidmətlərin sayını və əhatəsini genişləndirən GRBS® müxtəlif istiqamətlər üzrə peşəkar və təcrübəli təlimçilərlə özünün Peşəkar Təlimçi paketi çərçivəsində əməkdaşlıq etməkdə maraqlıdır. Sizin fəaliyyət göstərdiyiniz sahədə zəngin bilik və təcrübəniz varsa biz sizə bu bilik və təcrübənizi geniş insan kütləsi ilə bölüşməyə şərait yaratmaq və sizin peşəkarlıq səviyyənizin daha da artmasına yardımçı olmağa hazırıq.
XARİCİ DOST
Fərqli mədəniyyətləri, ənənələri araşdırmağa meylli olan və Azərbaycana gələrək burada həm işləyib, həm də səyahət etməklə bu fərqlilikləri canlı yaşamaq istəyən hər bir xarici üçün biz Xarici Dost paketini təqdim edirik. Bir neçə ay ərzində siz GRBS®-də peşəkar səviyyədə işləməklə yanaşı, Azərbaycan haqqında da geniş biliklərə malik olacaqsınız. Həmçinin Azərbaycanın müxtəlif regionlarına səyahət etməklə onun mədəniyyəti, adət-ənənələri, əhalisi, coğrafiyası ilə yaxından tanış olmaq imkanı qazanacaqsınız.
NECƏ MÜRACİƏT ETMƏLİ?
Bunun üçün siz bizim işə düzəlmə prosedurları ilə yaxından tanış olub bizə müraciət edə bilərsiniz.
 
Print Version   
 
Əlaqə

Cəfər Cabbarlı küçəsi 44,
Caspian Plaza, 7-ci mərtəbə
Bakı AZ1065, Azərbaycan
T: (99412) 437-10-51
T: (99412) 437-32-61
F: (99412) 437-10-61
E-poçt: mail@grbs.com
 Ok 





ISO 9001:2008
Reg No.: 22068